pişiklər, heyvan davranışları, pişiklərin miyoldaması, San-Paulu Universiteti, elmi araşdırma, heyvanlarla ünsiyyət, ev heyvanları, Animal Behaviour
Maraqlı faktlar

Pişiklərin insanlara niyə miyoldadığı elmi araşdırmada üzə çıxdı

Braziliyanın San-Paulu Universitetinin alimləri ev pişiklərinin insanlarla necə ünsiyyət qurduğunu araşdırıblar. Tədqiqat nəticələri göstərib ki, pişiklər çətinliklə üzləşdikdə, xüsusilə də yeməyə çata bilmədikdə, insanın diqqətini cəlb etmək üçün daha çox miyoldayırlar.

Bugun.tv xəbər verir ki, bu barədə “TRT Haber” noyabrın 11-də məlumat yayıb.

Araşdırma çərçivəsində yemək istədikdə tez-tez miyoldayan 38 ev pişiyi müşahidə edilib. Heyvanlara içərisində yemək olan, lakin pəncələri ilə yeməyi çıxara bilməyəcəkləri deşikli plastik qutu verilib. Alimlər pişiklərin davranışlarını otaqda insan olduğu və olmadığı iki fərqli şəraitdə qeydə alıblar.

Müşahidələr zamanı insanın olduğu otaqda pişiklər ümumilikdə 86 dəfə, tək qaldıqları zaman isə 20 dəfə miyoldayıblar. Tədqiqatçıların statistik hesablamalarına görə, insan otaqda olduqda pişiklərin miyoldama ehtimalı 16 dəfədən çox artıb.

Alimlər həmçinin müəyyən ediblər ki, pişiklər miyoldayarkən baxışlarını insanla yemək qutusu arasında dəyişirlər. İnsan olmadıqda isə daha çox hərəkətsiz dayanaraq qapıya baxırlar.

“Animal Behaviour” elmi jurnalında dərc olunan araşdırma göstərir ki, pişiklərin miyoldaması təsadüfi səs deyil, insanın diqqətinə yönəlmiş ünsiyyət vasitəsidir. Bu davranış onların köməyə ehtiyac duyduqlarını bildirmək üsullarından biri ola bilər.

Mənbə: TRT Haber

Aynur Camal

Oxşar xəbərlər

Kometa zərbələri Yerə həyatın ilkin maddələrini gətirmək əvəzinə onları məhv etmiş ola bilər

Aynur Camal

Ekoloji təşkilatlar təbiəti qorumaq üçün süni intellektdən istifadə edir- amma…

Aynur Camal

Hindistanda rəngoli ustaları daha ucuz təbii materiallara üz tuturlar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu