Maraqlı faktlar

İyrənc görünsə də faydalı hesab olunan 9 içki açıqlanıb

Çox az adam tapılar ki, alma və ya portağal şirəsini sevməsin. Sanki bu meyvələr insanlara xoş gəlmək üçün yaradılıb. Onların faydası da, əlbəttə ki, şübhə doğurmur — təbii ki, həddindən artıq istifadə edilmədiyi halda. Lakin elə şirələr də var ki, onların adı belə insanı diksindirə bilər. Buna baxmayaraq, belə içkilərdən bir stəkan içmək orqanizm üçün xeyirli hesab olunur.

Bugun.tv xəbər verir ki, mütəxəssislər siyahının ilk sırasında avokado şirəsi nə yer verib. Bir çox həkim və dietoloqun faydalı məhsullar siyahısına daxil etdiyi avokadonun şirəsi isə o qədər də ləzzətli hesab edilmir. Daha dəqiq desək, dadında problem yoxdur, amma selikli və qatı teksturası çox adamın xoşuna gəlmir. Buna baxmayaraq, ən azı bir dəfə dadmağa dəyər.

Şalğam şirəsi də siyahıda yer alıb. Bəli, buna inanmaq çətin olsa da, bəzi insanlar yem şalğamından şirə hazırlayırlar. Çuğundurun qohumu olan bu tərəvəz böyrəklərə, sümüklərə və ağciyərlərə müsbət təsir göstərir. Bəzi şəxslər onun böyrək daşlarına qarşı kömək etdiyini desə də, bununla bağlı xüsusi araşdırma aparılmayıb.

Kartof şirəsi də qeyri-adi içkilərdən biridir. Dünyada kartofun şirəsini sıxıb içən insanlar da var. Onlar hesab edir ki, bu içki orqanizmdəki turşuluğu azaldır. Bunun faydasını təsdiqləyən elmi sübut yoxdur, amma ciddi zərəri də aşkarlanmayıb. Daha çox təcrübə və maraq üçün istifadə olunur.

“Vitqrass” şirəsi — yəni buğda cücərtilərindən hazırlanan yaşıl içki də siyahıya daxil edilib. Bir vaxtlar Hollivud ulduzlarının yarısı bu içkinin fanatına çevrilmişdi. Madonna, Brad Pitt və Angelina Jolie onun faydalarını tez-tez tərifləyirdi. Məhsulun faydası sübut edilsə də, dadının qab yuyulmuş çirkli suyu xatırlatdığı bildirilir.

Turp şirəsi faydalı xüsusiyyətlərini itirməsə də, tərəvəzin acılığı maye formada daha da güclənir. Nəticədə isə olduqca kəskin dada malik içki alınır.

Sirkəli turşuyatı suyu faydası ilə bağlı miflər isə əsrlərdir mövcuddur. Xüsusilə sərxoşluqdan sonra faydalı olduğu deyilsə də, bu tam sübut edilməyib. Amma onun əzələ spazmlarına və qıc olmalarına qarşı həqiqətən kömək etdiyi bildirilir.

Çuğundur şirəsinin idmançılar üçün faydalı olduğu vurğulanır. Araşdırmalar göstərir ki, bu içki əzələlərin dözümlülüyünü artırır. Lakin çox konsentrat şəkildə istifadə edilməsi yanıqlara səbəb ola bilər.

Noxud şirəsi — başqa adı ilə “akvafaba” — da siyahıda yer alıb. Qatı və yapışqan konsistensiyaya malik bu maye dad baxımından o qədər də cəlbedici sayılmasa da, araşdırmalar onun veqan qidalanmada yumurtanı əvəz edə bildiyini göstərib.

Sonda isə “kombuça” — yəni çay göbələyi içkisi qeyd olunub. Əslində bu, göbələk şirəsi deyil, çay əsaslı içkidir. Son illər populyarlıq qazanan kombuça artıq bir çox supermarketdə satılır.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Ustalar görsə təəccüblənər: 3D printerlə ev tikdilər – nəticə diqqət çəkdi

Aynur Camal

Alimlər xəbərdarlıq edir: Süni intellektə həddindən artıq bağlılıq insan zəkasını zəiflədə bilər

Aynur Camal

Alimlər Günəş enerjisini “maye batareyada” saxlamağın yolunu tapıblar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu