Səhiyyə

İyunda maqnit qasırğaları gözlənilir

Bugun.tv xəbər verir ki, alimlər iyun ayında Günəş aktivliyinin artacağı və bunun nəticəsində Yerə təsir göstərə biləcək maqnit qasırğalarının baş verə biləcəyi barədə xəbərdarlıq ediblər.

Məlumata görə, Günəş səthində müşahidə olunan aktiv bölgələr və böyük günəş ləkələri geomaqnit fəallığın yüksəlməsinə səbəb ola bilər. Mütəxəssislər bəzi günlərdə orta və güclü maqnit qasırğalarının qeydə alınacağını istisna etmirlər.

Həkimlər xüsusilə ürək-damar xəstəliklərindən əziyyət çəkən şəxslərə, yaşlı insanlara və hava dəyişikliklərinə həssas olanlara səhhətlərinə diqqət yetirməyi tövsiyə edirlər.

Qeyd olunur ki, maqnit qasırğaları bəzi insanlarda baş ağrısı, yorğunluq, yuxusuzluq və təzyiq dəyişiklikləri ilə müşayiət oluna bilər.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Sızanaqlara qarşı vaksin hazırlanır

Aynur Camal

Birdəfəlik plastik məhsulların istifadəsi qadağan olunur

Aynur Camal

Qəhvə sağlamlığa, yuxuya və narahatlığa necə təsir edir?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu