Baş xəbərSiyasət

Jalə Əhmədova: “İranda itkin də düşə bilərsən, oğurlanıb həbsə də atıla bilərsən…”

“Almaniyada təhsil alan tələbəmiz Fərid Səfərlinin İranda oğurlanaraq casus damğası ilə həbs edilməsindən çox böyük təəssüf hissi keçirdim. Bir gəncin həyatını məhv etmək üçün bundan da ağır ittiham olmazdı, deyə düşünürəm”.

Bu fikri Bugun.tv -yə Milli Məclisin deputatı Jalə Əhmədova bildirib.

Deputatın fikrincə, İran hökumətinin Azərbaycana qarşı sərgilədiyi düşmənçilik mövqeyi bizim üçün yenilik deyil. Bunun zaman-zaman şahidi olmuşuq. İrandakı səfirliyimizə edilən terror aktı zamanı terroristi görməzlikdən gələn, baş verən hadisəni laqeydliklə müşahidə edən də İran polisi idi. Bu gün İran vətəndaşlarımız üçün ən təhlükəli ölkəyə çevrilib ki, bu barədə də Azərbaycan XİN İrana səfər edən vətəndaşlarımıza xəbərdarlıq edib.

“Tamamilə düzgün yanaşmadır. Çünki səfər etdiyin ölkədə səni nə gözləyir bilmirsən. İranda itkin də düşə bilərsən, oğurlanıb həbsə də atıla bilərsən…”, -J. Əhmədova qeyd edib.

Bugün TV

Oxşar xəbərlər

ABŞ-İran münaqişəsidən ilk Misir zərbə aldı

Aynur Camal

Ceyhun Məmmədov Ərdəbildən paylaşım edib: Şah İsmayıl Xətainin irsi ortaq sərvətimizdir

Aynur Camal

“Trampın fəaliyyətinə dəstək rekord səviyyədə azalıb”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu