Bugun.tv xəbər verir ki, rusiyalı kardioloqlar arterial təzyiqin həddindən artıq tez-tez ölçülməsinin insanlarda əlavə stress və psixoloji gərginlik yarada biləcəyi barədə xəbərdarlıq ediblər.
Məlumatına görə, həkimlər bildirirlər ki, gün ərzində təzyiqi dəfələrlə yoxlamaq insanın özünü daim xəstə kimi hiss etməsinə və narahatlığın artmasına səbəb ola bilər.
Mütəxəssislər qeyd edirlər ki, arterial təzyiq emosional vəziyyət, fiziki aktivlik, stress və hətta söhbət zamanı belə dəyişə bilər. Buna görə də hər yüksək göstərici ciddi xəstəlik əlaməti hesab edilməməlidir.
Kardioloqlar düzgün nəticə əldə etmək üçün təzyiq ölçülməzdən əvvəl ən azı 5 dəqiqə sakit vəziyyətdə oturmağı, prosedur zamanı danışmamağı və ölçməni günün eyni saatlarında aparmağı tövsiyə edirlər. Ekspertlər xüsusilə elektron tonometrlərdən istifadə zamanı ardıcıl ölçmələrin yanlış nəticələr verə biləcəyini vurğulayıblar.
Həkimlərin sözlərinə görə, yüksək təzyiq şübhəsi olduqda ən doğru üsullardan biri sutkalıq monitorinq və ya həkim nəzarətidir.
Mənbə: mail.ru
