27 C
Baku
27 İyul 2024, 3:23
Baş xəbərSosial

Karyera bacarıqlarının artırılması üçün təlim kursuna qeydiyyat başlandı

Bugun.tv xəbər verir ki, Gənclərin karyera həyatında özünü ifadə etmək kimi bacarıqlarının artırılması üçün layihəyə başlanılıb. “Uşaq və Yeniyetmələrə Dəstək” (UYD) ictimai birliyi “Karyerada özünüifadə bacarıqları” layihəsini Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə, Azərbaycan İncəsənət Məktəbi və “Human Development Center”in təşkilatı dəstəyi ilə icra edir.

UYD-dən verilən məlumatda qeyd edilir ki, gənclərin fərqli mühitlərdə böyüməsi onlarda müxtəlif xüsusiyyətləri formalaşdırır. Həmin xüsusiyyətlər gənclərin inkişafına həm mənfi, həm də müsbət təsirlər edə bilir.Layihə gənclərin komplekləri ilə bağlı mübarizə apara bilməsinə və karyera inkişafına nail olmasına dəstək vermək ideyasını daşıyır.

Layihənin icra müddəti 2023-cü ilin iyul-oktyabr aylarını əhatə edir. Layihə müddətində Bakı şəhərində 15 təlim keçiriləcək. Təlimlərə tələbələr, məzunlar və iş həyatına yeni başlayan gənclər cəlb olunacaq. Fəal təlim metodları ilə gənclərin öz qorxu və narahatlıqlarını tanımalarına, fikir mübadiləsində iştiraklarına və kütlə qarşısında çıxışlarına şərait yaradılacaq.

Təlimlər Dövlət Məşğulluq Agentliyinin əməkdaşları Pərviz Əfəndizadə və Mikayıl Tağıyev, layihə rəhbəri Fərhad Abdulov, şəxsi inkişaf mütəxəssisi Murad Məmmədov və əməkdar artist Yaqut Paşazadənin iştirakı ilə təşkil olunacaq. Təlimlərdə iştirak etmək istəyən gənclər 17 sentyarb tarixinə qədər UYD ictimai birliyinin ( @uydib ) sosial şəbəkə hesablarındakı qeydiyyat forumu vasitəsilə müraciət edə bilərlər.

Aynur Camal

Oxşar xəbərlər

Təkrar emal fabrikində yanğın oldu

Bugün TV

Xalq artistinə vəzifə verildi

Bugün TV

28 ukraynalı uşaq Bakıda reabilitasiya kursu keçirlər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu