Baş xəbərDünya

Keçmiş sovet qırıcı eskadrilyası dayandırıldı

Bugun.tv xəbər verir ki, Hindistan mayın 8-də Racastan ştatında 3 nəfərin ölümü ilə nəticələnən qəzadan sonra keçmiş Sovet İttifaqı istehsalı olan MiQ-21 döyüş təyyarələrindən ibarət donanmasını müvəqqəti istifadə etməmək qərarına gəlib.

Bu çərçivədə 50 döyüş təyyarəsindən ibarət MiQ-21 donanmasının müvəqqəti olaraq istifadəsi dayandırılıb.

Hindistan Hərbi Hava Qüvvələri həm Rusiya, həm də NATO-ya üzv ölkələrin istehsalı olan döyüş təyyarələrindən istifadə etsə də, son vaxtlar diqqətini NATO üzvü olan ölkələrin təyyarələrinə yönəltməyə başlayıb.

Xatırladaq ki, mayın 8-də Racastanda MiQ-21 qırıcı təyyarəsinin qəzaya uğraması nəticəsində 3 nəfər həlak olub, pilot sağ qalıb.

Mənbə: İLKHA

Aynur Camal

Oxşar xəbərlər

Rusiya ilə ABŞ arasında poçt və yük daşımaları bərpa olundu

Aynur Camal

Alimlər xəbərdarlıq edir: Hansı ərzaqları xilas etmək olar, hansıları isə dərhal atmaq lazımdır?

Aynur Camal

Hesabat: Daha bərabər və yaşana bilən dünya qurmaq mümkündür

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu