25 C
Baku
27 İyul 2024, 4:34
Dünya

Keçmiş zabit dünyanın ən hörmətli liderinin adını açıqladı

ABŞ hərbi kəşfiyyatının keçmiş zabiti Skott Ritter “Dialogue Works” YouTube kanalına müsahibəsində prezident Vladimir Putinin dünya səhnəsindəki statusunu yüksək qiymətləndirib.

“Vladimir Putin qlobal auditoriya baxımından bu gün dünyanın ən hörmətli lideridir” deyib.

Keçmiş hərbçinin sözlərinə görə, bu gün Rusiya dünya səhnəsində əsas oyunçudur. Çin, Hindistan kimi digər güclərlə müttəfiq oldu. Bundan əlavə, ekspert xatırladıb ki, Qlobal Cənubun əksəriyyəti Moskvanı dəstəkləyir.

“Rusiya BRİKS-in əsas üzvlərindən biridir. <…> Bu il BRİKS sammiti oktyabrda Kazanda keçiriləcək. Bu, bütün dünyanı şoka salacaq hadisə olacaq”, – Ritter əlavə edib.

Keçmiş kəşfiyyatçı onu da qeyd edib ki, xarici səfərləri zamanı xarici işlər naziri Sergey Lavrov həmişə qucaq açıb, hörmətlə qarşılanır. O əlavə edib ki, insanlar onu dinləmək istəyirlər, çünki Rusiya dünya səhnəsində önəmli oyunçudur.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Mariya Zaxarova: “Finlandiya NATO-ya qoşulması fonunda müstəqilliyini itirdi”

Nigar Məmmədova

Əfqanıstanda hər 2 uşaqdan 1-i qida çatışmazlığından əziyyət çəkir

Aynur Camal

“Artıq Qəzzada heç bir yer təhlükəsiz deyil”

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu