Dünya

Keniyada ABŞ-ın dəstəklədiyi Ebola karantin mərkəzinin tikintisi dayandırılıb

Keniyanın Ali Məhkəməsi ABŞ-ın dəstəyi ilə hərbi aviabazada tikilən Ebola karantin mərkəzi ilə bağlı hökumətin Konstitusiyanın tələblərini pozduğuna qərar verib. Məhkəmə layihə üzrə işlərin ictimaiyyətə məlumat verilməsi və yerli sakinlərin iştirakı təmin edilənədək dayandırılmasını tələb edib.

Bugun.tv xəbər verir ki, bu barədə “Reuters” agentliyi noyabrın 26-da məlumat yayıb.

50 çarpayılıq müvəqqəti karantin mərkəzi ölkənin mərkəzində yerləşən Laikipia hərbi aviabazasında inşa edilirdi. Obyekt Ebola virusuna məruz qalmış şəxslərin, o cümlədən ABŞ vətəndaşlarının təcrid olunması üçün nəzərdə tutulmuşdu.

Layihə ətrafında yerli sakinlərin etirazları yaranmışdı. Onlar xəstəliyin ölkəyə gətirilməsi və səhiyyə sisteminin mümkün epidemiyaya hazır olmaması ilə bağlı narahatlıqlarını bildirirdilər.

Məhkəmə hökumətin ABŞ-la imzaladığı razılaşmanın təfərrüatlarını açıqlamalı və layihə barədə ictimai müzakirə aparmalı olduğunu bildirib. Hakim həmçinin səhiyyə sahəsində fövqəladə vəziyyətin ictimai iştirak və məlumat almaq hüququnu aradan qaldırmadığını vurğulayıb.

Keniyada oktyabr ayında Konqo Demokratik Respublikasından gələn şəxslə əlaqəli Ebola hadisəsi qeydə alınmışdı. Noyabrın ortalarına qədər iki ölüm və yeddi yoluxma bildirilmişdi.

Mənbə: Reuters

Aynur Camal

Oxşar xəbərlər

Rusiya və Ukrayna arasında müharibənin ən böyük əsir mübadiləsi gözlənilir

Aynur Camal

Kim Çen In taktiki nüvə silahlarının daha geniş tətbiqinə çağırdı

Aynur Camal

İranda istehsal olunan pilotsuz uçuş aparatlarının Küveytdəki hücumu iki italiyalının ölümünə səbəb oldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu