qeyri-adi ilanlar, ilanların hərəkəti, heyvanlar aləmi, ilanların müdafiəsi, elmi araşdırma, Cənub-Şərqi Asiya, təbiət hadisələri, maraqlı faktlar
Dünya

Kiçik ilanlar təhlükədən qaçmaq üçün təkər kimi yuvarlanır

Bugun.Tv xəbər verir ki, Cənub-Şərqi Asiyada yaşayan bəzi kiçik ilan növlərinin təhlükədən xilas olmaq üçün qeyri-adi hərəkət üsulundan istifadə etdiyi müəyyənləşdirilib. Alimlər bu ilanların bədənlərini bükərək təkər kimi yuvarlandığını videoya çəkiblər.

“Indian Express” nəşrinin məlumatına görə, araşdırma “Current Biology” elmi jurnalında dərc olunub. Tədqiqatçılar Pseudorabdion cinsinə aid üç ilan növünün bu hərəkət üsulundan istifadə etdiyini müəyyən ediblər.

İlan əvvəlcə bədənini “C” formasında bükür, sonra quyruğunu sürətlə hərəkət etdirərək bədənini yerdən qaldırır. Quyruğun başın ön tərəfinə düşməsi ilə ilan bir dəfə yuvarlanır və bu hərəkəti təkrarlayaraq irəliləyir.

Laboratoriya sınaqlarında ilanların saniyədə 1,7–3,7 metr sürətə, yəni saatda təxminən 6–13 kilometrə çatdığı qeydə alınıb. Tədqiqat zamanı bu hərəkətin bütün ilanlarda müşahidə edilmədiyi də müəyyənləşdirilib.

Alimlər hələlik bəzi ilanların bu qabiliyyətə necə sahib olduğunu və onun təkamül baxımından hansı üstünlük verdiyini tam izah edə bilmirlər. Araşdırma heyvanlar aləmində indiyədək az öyrənilmiş müdafiə üsullarından birini üzə çıxarıb.

Mənbə: Indian Express

Aynur Camal

Oxşar xəbərlər

Hansı rəngdə olan almalar daha faydalıdır?

Aynur Camal

Kərgədan balalarının birinci doğum günü tortla qeyd olunub

Aynur Camal

Butanda bir gündə 108 buddist abidəsi ucaldıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu