Bugun.tv xəbər verir ki, ABŞ-ın Havay ştatındakı Kilauea vulkanının 96 gündən sonra yenidən aktivləşdiyi bildirilib. Rəsədxana “partlayışdan çıxan qazların vulkanik tüstü yaradacağı” xəbərdarlığı edərkən, parkın yaxınlığında yaşayanları partlayış nəticəsində havaya yayılan vulkanik hissəciklərdən qorunmağa çağırıb. Püskürmədən sonra vulkan üçün xəbərdarlıq səviyyəsi “müşahidə”dən “xəbərdarlığa” yüksəldildi və aviasiya rəng kodu “qırmızı”ya yüksəldilib. Səlahiyyətlilər, sözügedən vulkanik fəaliyyətlərin park daxilində məhdudlaşdırıldığı barədə məlumat paylaşıblar. Dünyanın ən aktiv vulkanlarından biri olan Kilauea 1983-cü ildən bəri püskürmələr yaşayır.
Qeyd edək ki, iyunun 7-də Kilauea vulkanının zirvə kraterində partlayış baş verib və onun fəaliyyəti iyunun 21-də dayanıb.
Müxbir: Şəms Elnurqızı