25 C
Baku
27 İyul 2024, 4:35
Digər

Kimlər donor ola bilməz?

  Bütün dünyada olduğu kimi, ölkəmizdə də orqan çatışmazlığından əziyyət çəkənlər var. Öncə onu qeyd edək ki, orqanlar iki formada – sağlam insanlardan və kadavra dediyimiz beyin ölümü gerçəkləşən şəxslərdən köçürülükməklə həyata keçirilir. Bu gün ən çox köçürülən orqanlar birinci növbədə, qaraciyər və böyrək köçürülməsidir. Son zamanlar mədəaltı vəzin köçürülməsi də geniş yayılmağa başlayıb. Bağırsağ və korner translplantasiyasına da tez-tez müraciət olunur.

    Bəzi xəstəliklərdə aparılan müalicə tədbirlərinə baxmayaraq daxili zədələnmənin qarşısını almaq mümkün olmur. Bu zaman funksiyasını itirmiş orqan və toxumalar cərrahi yolla sağlam orqanla əvəz edilir. Ürək qapaqcıqları, sümük, sümük iliyi və dərinin də nəqli mümkündür. Bunun  üçün vacib olan uyğun donorun tapılmasıdır. Qanuna əsasən, donorluq könülllük əsasında həyata keçirilir. Lakin hər kəs donor ola bilməz. Çünki orqan bağışlayan şəxs sağlam olması vacib amildir.

Xroniki xəstəliklərdən əziyyət çəkən insanların orqan bağışlaması məqəsədəuyğun deyil. Çünki onlarda orqanlar artıq müyyən dərəcədə funksiyasını itirmiş olur. Bununla yanaşı 18 yaşına çatmayan şəxslərdən sümük iliyi istisna olmaqla, transplantasiya məqsədiylə orqan və ya toxumaların götürülməsi qadağandır. Şəkərli diabet, yüksək təzyiq, ürək çatışmazlığı, şiş, hepatit və digər irsi xəstəliklərdən əziyyət çəkənlər də donor ola bilməz.

Həkim Həbib Sahratovun Bugun.tv-yə müsahibəsində bildirir ki, bəzən  transplantasiyadan sonra orqanizm yeni orqanı qəbul etmir. “Köçürülmüş həmin orqanı yad bir cisim kimi qəbul eləməsin deyə artıq bəzi immunspesifik dərmanlar var ki, həmin şəxslər onları ömür boyu qəbul edirlər. Reziksionun iki forması var. Birinci akut rezisyonu adlandırdığımız kəskin reziksiondur ki, bu köçürülmənin ilk günlərində baş verir. Yəni artıq həmin köçürülmüş orqanı orqanizm qəbul etmir. Kəskin problemlər yaranır və dərhal həmin orqan bədəndən çıxarılır. Bir də xronik reziksiondur ki, bu zaman xəstə uzun müddət yaşaya bilər. Ancaq bir müddət sonra orqanizm həmin orqanı qəbul etməyə də bilər”.

Həbib Sahratovun sözlərin görə orqan nəqli uğurla həyata keçirilikdən sonra xəstə xüsusi nəzarətdə saxlanılır. Budan başqa əməliyyatdan sonra sağlam həyat tərzi çox önəmlidir. Spirtli içki, tütün və yağlı yeməklərdən uzaq durmaq mütləqdir.

Nigar Məmmədova

Oxşar xəbərlər

ANAMA:Ərazilərin minalardan təmizlənmə işləri davam edir

Nigar Məmmədova

Tailand hərbçiləri batmaq təhlükəsi ilə üzləşən qayıqdan 73 nəfəri xilas edib

Kəmalə Sultan

“Ali təhsil haqqında” qanun layihəsinin dinləməsi olub

Şükufə Ramizqızı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu