pensiya əlavəsi, Vüqar Bayramov, əmək pensiyaları, pensiya qanununda dəyişiklik, sabit pensiya əlavəsi, keçmiş deputatların pensiyası, dövlət qulluqçularının pensiyası, hərbi qulluqçuların pensiyası
Baş xəbərİqtisadiyyat

Kimlərin pensiyalarına aylıq əlavə ediləcək? — Vüqar Bayramov açıqladı

Bugun.tv xəbər verir ki, “Əmək pensiyaları haqqında” Qanuna edilən dəyişikliklərə əsasən, Azərbaycanda müəyyən kateqoriyadan olan əmək pensiyaçılarına aylıq sabit məbləğdə əlavə ödənilməsi nəzərdə tutulur. Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında bu dəyişiklikləri şərh edərək əlavə hansı şəxslərə şamil olunacağını açıqlayıb.

Deputatın bildirdiyinə görə, dəyişikliklər Milli Məclisdə qəbul edilib və Azərbaycan Prezidenti tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək. Yeni mexanizm əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatmamışdan əvvəl orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş müəyyən kateqoriyadan olan əmək pensiyaçılarını əhatə edəcək.

Pensiya əlavəsi kimlərə şamil olunacaq?

Vüqar Bayramovun açıqlamasına əsasən, azı 15 il qulluq stajı olan sabiq birinci vitse-prezident və vitse-prezidentlərə, baş nazir və baş nazirin müavinlərinə, Naxçıvan Muxtar Respublikasının baş naziri və onun müavinlərinə, Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndələrinə və müavinlərinə, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə və müavinlərinə, eləcə də Naxçıvan Muxtar Respublikasının müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə və müavinlərinə aylıq sabit pensiya əlavəsi təyin edilməsi nəzərdə tutulur.

Əlavənin şamil ediləcəyi şəxslər arasında yerli icra hakimiyyəti başçıları, Media və Yayım Şurasının üzvləri, habelə 2023-cü il dekabrın 27-dək mövcud olmuş Naxçıvan Televiziya və Radio Şurasının üzvləri də var.

Bundan başqa, sabiq dövlət qulluqçuları da bu mexanizmdən yararlana biləcəklər. Keçmiş deputatlar üçün azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajının olması tələb edilir. Eyni şərt Hesablama Palatasının sabiq üzvlərinə, Mərkəzi Seçki Komissiyasının və Naxçıvan Mərkəzi Seçki Komissiyasının sabiq üzvlərinə də şamil olunur.

İnsan hüquqları üzrə müvəkkil və Naxçıvan Muxtar Respublikasının insan hüquqları üzrə müvəkkili vəzifələrində çalışmış şəxslər də müəyyən şərtlərlə əlavədən yararlana biləcəklər. Buraya tələb olunan sığorta stajını toplamış sabiq ombudsmanlar, eləcə də 2026-cı il aprelin 10-dək mövcud olmuş Naxçıvan Muxtar Respublikasının insan hüquqları üzrə müvəkkili daxildir.

Diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə çalışmış və ümumilikdə azı 15 il qulluq stajı olan sabiq diplomatik xidmət əməkdaşları, həmçinin Müdafiə Nazirliyinin hərbi qulluqçuları da pensiyalara aylıq sabit əlavə tətbiq ediləcək kateqoriyalar sırasındadır.

Pensiya əlavəsinin məbləği nə qədər olacaq?

Deputatın açıqlamasında aylıq əlavənin konkret məbləği göstərilməyib. Bildirilib ki, sabit pensiya əlavəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunacaq və dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

Qanuna edilən dəyişikliklər Azərbaycan Prezidenti tərəfindən imzalanaraq təsdiqlənərsə, əlavəni təyin edəcək qurumun da müvafiq fərmanla müəyyənləşdirilməsi gözlənilir. Buna görə də konkret məbləğ və tətbiq mexanizmi ilə bağlı rəsmi qərarın açıqlanması vacibdir.

Vüqar Bayramov vurğulayıb ki, siyahı kifayət qədər genişdir və göstərilən kateqoriyalara daxil olan, müvafiq şərtlərə cavab verən şəxslərin əmək pensiyalarının təyinatı yeni qaydalar əsasında aparılacaq.

Aynur Camal

Oxşar xəbərlər

Azərbaycanlı alim Misirdə beynəlxalq münasibətlərə dair seminarda çıxış etdi

Aynur Camal

“Yaşıl Qarabağ” azad olunmuş ərazilərdə 500-dən çox ağac və ting əkdi

Aynur Camal

Vüqar Bayramov TRIPP layihəsinin tikintisinin niyə yubandığını açıqladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu