24 C
Baku
18 Aprel 2024, 13:38
Baş xəbərMədəniyyət

Kinomuz dünyanın ən məhşur filim festivalında

Bugün.tv Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan kinosu Avropanın ən böyük film festivallarında A kateqoriyasında nümayiş olunacaq.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyası, İctimai TV, Bakı Media Mərkəzi və Fransanın “Arizona Films” şirkətinin birgə istehsalı olan “Mərmər soyuğu” tammetrajlı bədii filmi “PÖFF | Tallinn Black Nights” (“Qara Gecələr”) Film Festivalının əsas müsabiqə proqramına daxil edilib.

Avropanın ən böyük film festivallarından olan “PÖFF | Tallinn Black Nights” cari il 11-27 noyabr tarixində keçiriləcək.

Qeyd edək ki, sözügedən festivalın əsas müsabiqə proqramında ilk dəfədir ki, Azərbaycan filmi iştirak edir. “Mərmər soyuğu” festivalın əsas müsabiqə proqramında iştirak edən 23 filmdən biridir və bu, filmin dünya premyerasıdır.

Film uğursuz rəssam və sevgilisinin qarışıq münasibətlərindən bəhs edir. Həbs həyatından sonra evə qayıdan ata ən radikal yollarla oğlunun həyatına müdaxilə etməyə çalışır.

Filmin ssenari müəllifləri Asif Rüstəmov və Roelof Jan Minneboo (Hollandiya), quruluşçu rejissoru Asif Rüstəmov, təsvir rejissorları Oktay Namazov və Adil Abbasov, quruluşçu rəssamı Rafiq Nəsirov, geyim rəssamı Şahin Həsənli, qrim rəssamı Elbrus Vahidov, prodüseri Fariz Əhmədov, kreativ prodüseri İradə Bağırzadədir.

Ekran əsərində əsas rolları Elşən Əsgərov, Natavan Abbaslı və Qurban İsmayılov ifa edirlər.

Bugün TV

Oxşar xəbərlər

Fotoanalizlə siyasi fikri proqnozlaşdırmaq mümkündür

Teymur Əziz

“ASAN xidmət”in nümayəndə heyəti Qazaxıstanda

Aynur Camal

Dəhşətli qəza 4 nəfərin həyatına son qoydu, 3-ü yaralandı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu