26 C
Baku
24 Sentyabr 2026, 13:10
Baş xəbərDünya

“Kiyevin hakimiyyəti altında qalan bütün Ukrayna yanacaq”

Xarici Xəbərlər

“Kiyevin hakimiyyəti altında qalan bütün Ukrayna yanacaq”- bunları Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev jurnalistin suallarına cavab verərkən deyib.

O bildirib ki, Rusiya özü üçün heç bir məhdudiyyət qoymur və təhdidlərin xarakterindən asılı olaraq bütün növ silahlardan istifadə etməyə hazırdır. Onun sözlərinə görə, Ukraynanın Krıma zərbələr endirəcəyi təqdirdə, “heç bir danışıqlar aparılmayacaq, yalnız cavab zərbələri endiriləcək”. O, Moskvanın cavabının çevik, sərt və inandırıcı olacağına inandırıb.

Dövlət Duması ABŞ-a Amerika raketlərinin Krıma mümkün zərbələrinin nəticələri barədə xəbərdarlıq edib. Amerikalı siyasətçilər başa düşməlidirlər ki, Rusiya ilə zarafatlar ABŞ üçün pis nəticələnə bilər. Eyni zamanda Medvedev əlavə edib ki, Rusiya Federasiyası özü üçün heç bir məhdudiyyət qoymur və təhdidlərin xarakterindən asılı olaraq, “doktrinal sənədlərimizə, o cümlədən Nüvə Qarşısının alınmasının Əsaslarına uyğun olaraq” bütün növ silahlardan istifadə etməyə hazırdır. Mənbə: gazeta.ru

Aynur Camal

Oxşar xəbərlər

Gizli iltihab ürək tutması və insult riskini 43 faiz artıra bilər

Aynur Camal

Şimali Kore nüvə silahlarından imtina etməyəcəyini açıqladı

Aynur Camal

Ərdoğan Nyu-Yorkda Paşinyanı qəbul etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu