Bugun.tv xəbər verir ki, Cənubi Amerika ölkəsi Kolumbiyada silahlı hücum nəticəsində 3 polis həyatını itirib.
Ölkənin şimalındakı Santander inzibati bölgəsindəki Tibu şəhərində bir polis snayper tüfəngi ilə hücuma məruz qalıb, Vega Velasquez şəhərində başqa bir polis binanı tərk edərkən, digəri isə El şəhərindəki restoranda yemək yeyirkən öldürülüb.
Hücumlarla əlaqədar hərəkətə keçən təhlükəsizlik qüvvələri genişmiqyaslı əməliyyata başlayıb.
Prokurorluq da hücumlarla bağlı istintaq başlayıb.
Mənbə:TRT Haber