16.6 C
Baku
18 May 2025, 3:58
Baş xəbərDünya

Kral dərmanların yan təsirləri səbəbindən xəstəxanaya yerləşdirildi

İngiltərə kralı III Çarlz xərçəng müalicəsi dərmanlarının yan təsirləri səbəbindən xəstəxanaya yerləşdirilib. 2024-cü il İngiltərə kralı Çarlz üçün çətin il oldu.

Xərçəng xəstəliyinə tutulduğunu öyrənən Çarlz müalicə müddətində işini yarımçıq qoymayıb.

Ancaq dünən alınan son dəqiqə məlumata görə Kral xəstəxanaya aparılıb.

“Planlaşdırılan və davam edən xərçəng müalicəsindən sonra Kral xəstəxanada qısamüddətli müşahidə tələb edən müvəqqəti yan təsirlər yaşadı. Bu səbəbdən Əlahəzrətin günortadan sonrakı nişanları təxirə salınıb”, – Bukingem Sarayının bəyanatında deyilir.

Açıqlamada Kral Çarlzın xəstəxananı tərk edərək Clarence House Sarayına qayıtdığı və Kralın sabahkı proqramının tibbi tövsiyələrə uyğun olaraq ehtiyat tədbiri olaraq dəyişdiriləcəyi bildirilib.

Kral Çarlzın prostat böyüməsi səbəbiylə 2024-cü ilin yanvarında müalicə olunacağı açıqlanmış, 26 yanvarda xəstəxanaya yerləşdirilən Kral isə 30 yanvarda evə buraxılmışdır. Fevralın 5-də Bukingem Sarayından verilən açıqlamada, Kral Çarlzın sınağın nəticəsi olaraq xərçəng diaqnozu qoyulduğu bildirilmişdi.

Müalicəyə başlanıldığı və Kralın prostat xərçəngi olmadığı bildirilən açıqlamada xərçəngin növü və mərhələsi ilə bağlı məlumat verilməyib.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Azərbaycan-Türkiyə sənədləri imzalanıb

Bugün TV

Prezident İlham Əliyev – möhtəşəm nailiyyətlərimizin müəllifi

Aynur Camal

Ümummilli Liderin 100 illik yubileyi münasibətilə şahmat yarışı keçirilib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu