Baş xəbərMədəniyyət

Tərlan Novxanı Özbəkistanda klip çəkdirdi – EKSKLÜZİV AÇIQLAMA

Məşhur müğənni Tərlan Novxanı yeni mahnısını təqdim etməyə hazırlaşır.

Söhbət “Badi səba”nın yeni versiyasından gedir. Sənətçi illər öncə ifa etdiyi mahnısına yeni nəfəs verib. Tərlan Novxanı həmin mahnını bu dəfə Özbəkistanın Əməkdar artisti Uluqbek Raxmatullayev ilə duet oxuyub. Mahnının klipi də çəkilib və artıq ilk görüntülər də nümayiş olunub.

Tərlan Novxanı yeni klipi ilə bağlı Hit.az-a eksklüziv açıqlama verib. O, sözügedən klipin Özbəkistanda çəkildiyi deyib:

“Bu yaxınlarda Özbəkistana getdim və 6 gün orada oldum. Səfərimin məqsədi Özbəkistanın Əməkdar artisti Uluqbek Raxmatullayevlə yeni duet layihəsi idi. Onunla “Bimar”dan sonra bu dəfə də “Badi səba” adlı mahnımı birgə oxuduq. Həmin mahnıya yeni tərzdə duet hazırladıq. Mən Azərbaycan, Uluqbek isə Özbəkistan dilində oxudu”.

Sənətçi yeni klipinin tezliklə təqdim olunacağını söyləyib:

“Klip Özbəkistanın ən məşhur rejissorlarından olan Yadigar Nəsirov tərəfindən çəkildi. Komanda şəklində möhtəşəm bir iş görüldü. Klipdə tanınmış aktyor və aktrisalar çəkildi. Ümumiyyətlə, çəkiliş və aranjiman kimi bütün məsələlər Özbəkistanda, Daşkəndə oldu. Artıq klipin anonsunu paylaşmışıq. Yaxın günlərdə də “YouTube” platformasında təqdim olunacaq”.

Mənbə: Hit.az

Aynur Camal

Oxşar xəbərlər

“Müstəqilliyimizi qorumaq və möhkəmləndirmək əsas vəzifəmizdir”

Aynur Camal

Ceyhun Məmmədov 28 May – Müstəqillik Günü münasibətilə paylaşım edib

Aynur Camal

Nicat Cəfərzadənin 20 illik yubiley konserti baş tutub

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu