Rusiya hakimiyyəti Moldovanın Müstəqil Dövlətlər Birliyindən çıxmaq qərarını təəssüf hissi ilə qarşılayıb.
Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Moskva bu qərara görə məyusdur.
Çıxış prosesi 2027-ci ildə tamamlanacaq
Məlumata görə, Moldovanın Müstəqil Dövlətlər Birliyi (MDB) tərkibindən çıxması proseduru 2027-ci ilin aprelində rəsmi şəkildə yekunlaşacaq.
Üzvlük son illər formal xarakter daşıyıb
Qeyd olunur ki, son illərdə Moldovanın MDB-də iştirakı daha çox formal xarakter daşıyıb. Rusiya prezidenti Vladimir Putin bu ölkəni “birlikdə qeydiyyatda olan, lakin fəal iştirak etməyən” dövlətlər sırasında göstərmişdi.
Kremldə daha əvvəl də vurğulanıb ki, MDB uzun illər ərzində üzv dövlətlər üçün faydalı platforma olduğunu sübut edib.
Mənbə: mail.ru
