Bugun.tv xəbər verir ki, Konyanın Karatay rayonundakı Savatra Qədim Şəhərində, Anadoluda ilk dəfə olaraq yunan əlifbası ilə “türk” ifadəsini ehtiva edən “Türkoğlu” yazısının olduğu eramızın 4-5-ci əsrlərinə aid kütləvi uşaq məzarlığı tapılıb.

Savatra Qədim Şəhərdə Səlcuq Universitetinin Mədəni İrsin Qorunması və Bərpası kafedrasının müdiri dos. Dr. İlker Işıkın rəhbərliyi ilə 3 ildir qazıntılar aparılır.

Qazıntılar zamanı apsidal formanın tapıldığı bema hissəsində nekropol sahəsinə rast gəldiklərini ifadə edən Işık, “Bu nekropol həm də Xristian dövrünə aid bir qəbir yeri idi. Tipoloji olaraq şərq-qərb istiqamətində iki fərqli qəbir tipologiyası ilə qarşılaşdıq. Döldən tutmuş 13-14 yaşa qədər 42 skeletdir. Əsasən yetkinlik yaşına çatmayanlardan ibarət məzarlardır. Eramızdan əvvəl 2000-ci ilə aiddir”, – ekspedisiyanın rəhbəri bildirib.
Mənbə: TRT Haber