25 C
Baku
27 İyul 2024, 4:31
Dünya

Küveytdə yeni hökumət quruldu: 2-si qadın olmaqla 4 yeni ad açıqlandı

Küveytdə yeni hökumət quruldu. Fəhd Yusuf Səud əl-Sabah baş nazirin birinci müavini, həmçinin müdafiə və daxili işlər naziri təyin edilib. Abdullah Əli Abdulah əl-Yəhya da xarici işlər naziri təyin edilib. Küveytdə Əhməd Abdulla əl-Əhməd əs-Sabahın sədrliyi ilə yeni hökumət qurulub. Küveytin rəsmi agentliyi olan KUNA-nın xəbərinə görə, Əhməd Abdullah əl-Əhməd əs-Sabahın sədrliyi ilə 13 nazirdən ibarət yeni hökumətin yaradılması ilə bağlı Əmirlik Fərmanı dərc edilib.

Fəhd Yusuf Səud əl-Sabah baş nazirin birinci müavini, həmçinin müdafiə və daxili işlər naziri təyin edilib. Abdullah Əli Abdulah əl-Yəhya da xarici işlər naziri oldu. Küveytin “Ceride” qəzeti əvvəlki hökumətdən çoxlu adamın yeni kabinetə təyin edildiyini, hökumətə 2-si qadın nazir olmaqla 4 yeni adamın daxil olduğunu yazıb. Mayın 10-da Küveyt əmiri Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah parlamentin buraxılması və konstitusiyanın bəzi maddələrinin fəaliyyətinin 4 ildən çox olmayan müddətə dayandırılması barədə göstəriş verib.

Küveyt əmiri bu addımı “ölkəni xilas etmək və maraqlarını təmin etmək üçün atılan çətin qərar” kimi qiymətləndirib və ölkənin “dözülməz çətinliklər və maneələrlə” üzləşdiyini bəyan edib.

Mənbə: TGRT

İntizar Əmirova

Oxşar xəbərlər

Messi MLS tarixinə düşdü

Teymur Əziz

Dünyanın ən güclü ordularının siyahısı yeniləndi!

Aynur Camal

İspaniyada meşə yanğınları 5 gündür davam edir

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu