24 C
Baku
28 Sentyabr 2026, 12:27
Baş xəbərKriminal

Lerikdə paytaxt sakinindən “Kalaşnikov” avtomatı aşkarlandı

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bugun.tv – yə verilən məlumata görə, Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.

Əməliyyat nəticəsində qanunsuz odlu silah-sursatın saxlanılması və daşınmasında şübhəli bilinən şəxs Lənkəran-Lerik yolunda saxlanılıb. Axtarış zamanı onun Bakı şəhəri Sabunçu rayon sakini Samir Dadaşov olduğu müəyyən edilib.

Keçirilən baxış zamanı onun əlindəki çantadan 1 əd ruhəd “Kalaşnikov” markalı avtomat və həmin silaha aid 15 ədəd patron aşkarlanıb. Məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı zəruri istintaq tədbirləri davam etdirilir.

Kəmalə Sultan

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: Türkiyə-Azərbaycan qardaşlığı əbədidir

Aynur Camal

İlham Əliyev: 5 il ərzində Azərbaycanda bərpaolunan enerji hər yerdə olacaq

Aynur Camal

Vətəni hər şeydən uca tutdular

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu