12 C
Baku
8 Dekabr 2025, 21:22
Baş xəbərDünya

Lüks gəmi dalğalardan çətinliklə xilas oldu! dənizdə çaxnaşma

ABŞ-da yerləşən Princess Cruises şirkətinə məxsus lüks kruiz gəmisinin sərnişinləri Yeni Zelandiya sahillərində qorxulu anlar yaşayıblar. Dalğalar səbəbindən 14 dərəcə əyilən gəmidə 16 sərnişin və ekipaj üzvü xəsarət alıb. Fevralın 25-də Yeni Zelandiyanın Cənubi adası yaxınlığındakı Milford Sounddan yola çıxan gəmi bir müddət sonra nəhəng dalğalarla mübarizə aparmağa başlayıb. Sosial mediada paylaşılan videolarda gəminin mətbəx işçilərinin avadanlıq və alətlər yıxılarkən dayanmaq üçün piştaxtalardan möhkəm yapışdığını görmək olar. Gəmidə 3 min 80 sərnişin və 1200 ekipaj üzvü olub. Yeddi günlük kruiz otağın ölçüsündən asılı olaraq adambaşına 1000-5000 dollar arasındadır.

Mənbə: HurriYet

Aynur Camal

Oxşar xəbərlər

İndoneziya yeni prezidenti seçəcək ​

Aynur Camal

Neft Daşlarında dalğanın hündürlüyü 2 metrə çatıb

Bugün TV

Finlandiya Putin və Tramp arasında görüş üçün yeni yer və tarix təklif etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu