11 C
Baku
20 Mart 2023, 23:48
Baş xəbərDünya

Mədəniyyət nazirinin birinci müavini Adil Kərimli Bəstəkarlar İttifaqının kollektivi ilə görüşüb

Bugun.tv xəbər verir ki, Adil Kərimli mədəniyyətimizin dayanıqlı inkişafı məqsədilə həyata keçirilən islahatlardan danışıb, görüşün əsas məqsədinin qurumun rəhbərliyi ilə fikir mübadiləsi aparmaq, sahələr üzrə onların təkliflərini dinləmək olduğunu bildirib.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin mədəniyyət sahəsinin inkişaf etdirilməsi istiqamətindəki tapşırıqlarına uyğun olaraq yeni strategiya hazırlanır. Buna uyğun olaraq  yeni forma və yeni struktur mexanizmləri yaradılacaq. Əsas iş həm də bu sahədə ixtisaslı kadrların artırılmasına diqqət etməkdir.

Qeyd olunub ki, milli-mənəvi dəyərlər, mədəni irsimizə münasibətdə müəyyən boşluqlar var. Bu baxımdan peşəkar, yaradıcı sahələrə dəstək verilməlidir və  ölkədəki yaradıcı birliklərin əməkdaşlığı önəmlidir.

Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə qurumun fəaliyyəti, ənənələri barədə məlumat verib.  İttifaqın üzvləri bəstəkarlıq sahəsində problemlər və perspektivlərlə bağlı fikirlərini bölüşüblər. Mənbə: culture.gov.az

Oxşar xəbərlər

Beynəlxalq Qızıl Xaç Komitəsinin yerli əməkdaşı qurumu məhkəməyə verdi?

Bugün TV

İlham Əliyev Səudiyyə Krallığının investisiya nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib – FOTO

Nigar Məmmədova

“Qara su” kimi tanınan qlaukoma ən təhlükəli xəstəlikdir

Aynur Camal

Şərh yazın