Azərbaycan Ermənistan sülh müqaviləsi, mayda sülh sazişi, Məhəmməd Əsədullazadə, Nikol Paşinyan, Ermənistan Konstitusiyası, Vaşinqtonun təşviqi, sülh prosesi, Konstitusiya
Baş xəbər

Məhəmməd Əsədullazadə: Ermənistan və Gürcüstandan Alban irsi ilə bağlı iddialar bir mərkəzdən idarə olunur

Bugun.tv xəbər verir ki, Milli Cəbhə Partiyasının başqan müavini, politoloq Məhəmməd Əsədullazadə Ermənistan və Gürcüstandan Azərbaycan Alban irsi ilə bağlı səsləndirilən iddiaların regional təhlükəsizlik baxımından diqqət çəkdiyini bildirib.

Politoloqun sosial media hesabındakı sözlərinə görə, son günlər Ermənistan, Gürcüstan və Azərbaycanda Alban irsi ilə bağlı müxtəlif fikirlər səsləndirilir. O, xüsusilə Azərbaycanın xristian irsinə dair iddiaların gündəmə gətirilməsinə diqqət çəkib.

Məhəmməd Əsədullazadə bildirib ki, Gürcüstan Patriarxlığının Qax rayonunda yerləşən Kürmük məbədi ilə bağlı açıqlamaları, həmçinin Ermənistanın Qarabağdakı Alban irsi ilə bağlı mövqeyi məsələnin yalnız dini və mədəni müstəvidə qalmadığını göstərir. Onun fikrincə, bu yanaşmalar Cənubi Qafqazda dini və mədəni zəmində gərginlik yarada bilər.

Politoloq qeyd edib ki, Azərbaycan ərazisində yerləşən tarixi və dini irslə bağlı ərazi və mənsubiyyət xarakterli iddialar ölkə üçün həssas məsələdir.

Onun sözlərinə görə, bir neçə gün əvvəl Tbilisidə Azərbaycan, Türkiyə, Ermənistan və Gürcüstan nümayəndələrinin görüş keçirməsi və maliyyə-iqtisadi əməkdaşlıq məsələlərini müzakirə etməsi regionda yeni əməkdaşlıq imkanlarının formalaşdığını göstərir.

Məhəmməd Əsədullazadə hesab edir ki, Ermənistan və Gürcüstan kilsələrinin Rusiya ilə tarixi və institusional əlaqələri də bu proses kontekstində nəzərdən keçirilməlidir. O, belə dini platformaların regionda təsir vasitəsi kimi istifadə oluna biləcəyini iddia edib.

Politoloq vurğulayıb ki, Azərbaycan üçün əsas məsələ tarixi-mədəni irsin qorunması və bu məsələlərin siyasiləşdirilməsinə yol verilməməsidir.

Aynur Camal

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: MDB regional və beynəlxalq siyasi çağırışlara cavab vermir

Aynur Camal

Vüqar Bayramov: Türkmənistanla qeyri-neft-qaz ticarətini artırmaq prioritetdir

Aynur Camal

Elmir Səfərli: Xəzər Universiteti ilə əməkdaşlıq tələbələrin praktiki hazırlığına töhfə verəcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu