Azərbaycan Ermənistan sülh müqaviləsi, mayda sülh sazişi, Məhəmməd Əsədullazadə, Nikol Paşinyan, Ermənistan Konstitusiyası, Vaşinqtonun təşviqi, sülh prosesi, Konstitusiya
Baş xəbərİqtisadiyyat

Məhəmməd Əsədullazadə: Rusiya KİV vasitəsilə Azərbaycana təzyiq göstərməyə çalışır

Bugun.tv xəbər verir ki, siyasi ekspert, Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə sosial media hesabında Rusiya mediasında Azərbaycana qarşı artan tənqidi və təhdid xarakterli çıxışları şərh edib.

Ekspert bildirib ki, Rusiya kütləvi informasiya vasitələrində Azərbaycan xalqına qarşı təhqiramiz ifadələrin işlədilməsi, ölkə rəhbərliyi haqqında xoşagəlməz fikirlərin səsləndirilməsi və Azərbaycanın suverenliyinə yönələn mesajların artması təsadüfi hal kimi qiymətləndirilə bilməz.

Məhəmməd Əsədullazadənin sözlərinə görə, Kreml qonşu ölkələrə qarşı getdikcə daha sərt ritorikadan istifadə edir və Azərbaycana qarşı hibrid təzyiq vasitələrindən biri kimi mediadan yararlanır.

O qeyd edib ki, Azərbaycanın müstəqil xarici siyasət yürütməsi, regional və beynəlxalq nəqliyyat layihələrində rolunun artması, Ermənistanla sülh gündəliyini irəli aparması və Zəngəzur dəhlizi istiqamətində atılan addımlar Rusiyada müəyyən narahatlıq yaradır.

Ekspert hesab edir ki, Rusiya Azərbaycanla münasibətlərini qarşılıqlı hörmət, etimad və bərabərhüquqlu əməkdaşlıq prinsipləri əsasında qurmalıdır. O, media vasitəsilə təzyiq siyasətinin nəticə verməyəcəyini vurğulayıb.

Əsədullazadə həmçinin bildirib ki, belə yanaşma Azərbaycan və Rusiya arasında 2022-ci ildə imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyət haqqında Bəyannamənin prinsipləri ilə ziddiyyət təşkil edir.

Aynur Camal

Oxşar xəbərlər

Ceyhun Məmmədov: Öz qapısını süpürüb zibilləri qonşunun qapısına tökmək məharət deyil

Aynur Camal

Vüqar Bayramov: “Dövlət auditi” informasiya sistemi şəffaflığı artıracaq

Aynur Camal

İlham Əliyev Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenko ilə görüşdü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu