Siyasət

Məhəmməd Əsədullazadə: Tramp İran böhranından çıxmaq üçün Kubanı əsas hədəfə çevirə bilər

Azərbaycan Ermənistan sülh müqaviləsi, mayda sülh sazişi, Məhəmməd Əsədullazadə, Nikol Paşinyan, Ermənistan Konstitusiyası, Vaşinqtonun təşviqi, sülh prosesi, Konstitusiya

Bugun.tv xəbər verir ki, siyasi ekspert Məhəmməd Əsədullazadə ABŞ Prezidenti Donald Trump administrasiyasının İran siyasəti və Kuba ilə bağlı mümkün addımlarını şərh edib.

Ekspert öz sosial media hesabında paylaşdığı fikirlərdə bildirib ki, Vaşinqton İran istiqamətində gözlədiyi nəticələri əldə edə bilmədiyi üçün yeni siyasi və hərbi prioritetlər müəyyənləşdirə bilər. Onun sözlərinə görə, ABŞ-də yaxınlaşan Konqres seçkiləri fonunda Tramp administrasiyasına xarici siyasətdə siyasi üstünlük lazım olacaq.

Məhəmməd Əsədullazadə qeyd edib ki, bu səbəbdən Kuba Vaşinqton üçün yeni əsas təzyiq istiqamətinə çevrilə bilər. O bildirib ki, Donald Tramp İran məsələsində yaranan mürəkkəb vəziyyətdən çıxmaq və ABŞ-nin beynəlxalq nüfuzunu gücləndirmək məqsədilə Kubaya qarşı sərt addımlar ata bilər.

Siyasi ekspert hesab edir ki, Tramp administrasiyası Venesuela və Kuba məsələlərini regional geosiyasi planın əsas hissəsi kimi nəzərdən keçirir. O, həmçinin vurğulayıb ki, İran ətrafında yaranmış gərginlik ABŞ-ni yeni strateji qərarlar verməyə məcbur edir.

Qeyd edək ki, son aylarda ABŞ və Kuba arasında münasibətlər yenidən gərginləşib, Vaşinqton Havana rəhbərliyinə qarşı yeni ittihamlar və sanksiyalar irəli sürüb.

Aynur Camal

Oxşar xəbərlər

Rusiya ABŞ-ın Kubaya qarşı addımlarına münasibət bildirdi

Aynur Camal

Məhəmməd Əsədullazadə: Ermənistanda seçki kampaniyası nifrət və qütbləşmə fonunda gedir

Aynur Camal

NetBlocks: İran iki aydan çoxdur ki, internetsiz qalıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu