Baş xəbərDünya

Məşhur tennisçi Rocer Federer “Forbes” jurnalının milyarderlər siyahısında yer aldı

Bugun.tv xəbər verir ki, nəşrin hesablamalarına görə, 44 yaşlı idmançının sərvəti 1,1 milyard ABŞ dolları dəyərində qiymətləndirilir. O, 2022-ci ildə karyerasını başa vuranadək turnirlərdən 130 milyon dollardan bir qədər çox mükafat qazanıb. Lakin tennis karyerası ərzində sponsorluqlar, çıxışlar və digər biznes fəaliyyətlərindən təxminən 1 milyard ABŞ dolları qazanıb. Bu məbləğ Novak Cokoviç və ya Rafael Nadalın qazandıqlarının iki qatından çoxdur. R.Federer bəzi brendlərlə on ildən artıq müddətdə əməkdaşlıq edib və ardıcıl 16 il dünyanın ən yüksəkgəlirli tennisçisi olub. 2020-ci ildə isə R.Federer bütün idmançılar arasında liderlik edərək, 106,3 milyon dolları gəlir əldə edib. Bundan əlavə, R.Federer investisiyalarla da fərqlənib. İsveçrənin qaçış ayaqqabıları istehsal edən “On” şirkətinə yatırdığı sərmayə ona xeyli gəlir gətirib.

Bugün TV

Oxşar xəbərlər

Himalay buzlaqları son 10 ildə 65 faiz daha sürətlə əriməyə başlayıb

Aynur Camal

Əcnəbiləri heyrətləndirən iki rus təamı açıqlanıb

Aynur Camal

İsrail Husilərin irəliləyişindən sonra hərbi-dəniz qüvvələrinin hazırlığını artırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu