Baş xəbər

“Aİ ilə Rusiya arasında danışıqlar münaqişənin həllinə yeni imkanlar aça bilər”

Azərbaycan Ermənistan sülh müqaviləsi, mayda sülh sazişi, Məhəmməd Əsədullazadə, Nikol Paşinyan, Ermənistan Konstitusiyası, Vaşinqtonun təşviqi, sülh prosesi, Konstitusiya

Bugun.tv xəbər verir ki, siyasi ekspert Məhəmməd Əsədullazadə öz sosial media hesabında Avropa İttifaqı ilə Rusiya arasında mümkün danışıqların müsbət nəticə verə biləcəyini bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqının prezidenti Koşta Rusiya ilə danışıqlara başlamaq üçün hazırlıqlara start verildiyini açıqlayıb. Ekspert qeyd edib ki, ABŞ, Rusiya və Ukrayna arasında aparılan danışıqlar ciddi nəticə vermədiyi üçün Avropa İttifaqı prosesdə daha fəal rol almağa çalışır.

Məhəmməd Əsədullazadənin fikrincə, ABŞ-Rusiya danışıqlarında Ukraynanın mövqeyinin qorunmasında Avropa ölkələrinin mühüm dəstəyi xüsusi rol oynayıb. O bildirib ki, xüsusilə Böyük Britaniya, Almaniya və Fransanın Ukraynaya göstərdiyi siyasi və hərbi dəstək nəticəsində Donald Tramp ilə Vladimir Putin arasında mümkün sövdələşmə baş tutmayıb.

Siyasi ekspert vurğulayıb ki, Ukrayna hazırda hərbi baxımdan mövqelərini kifayət qədər möhkəmləndirir. Onun sözlərinə görə, ABŞ-ı danışıqlar prosesindən kənarlaşdırmaq üçün yeni mexanizmlər üzərində iş aparılır və bu müharibədə əsas söz sahibinin artıq yalnız ABŞ olmadığını demək mümkündür.

Əsədullazadə bildirib ki, hazırkı mərhələdə Böyük Britaniya və Avropa İttifaqı daha təsirli aktorlara çevrilib. Onun sözlərinə görə, Kiyev hazırda əsasən Vaşinqtonla deyil, Brüssel və Londonla məsləhətləşmələr aparır.

Ekspert hesab edir ki, Vladimir Putin proseslərə məntiqli və praqmatik yanaşarsa, Avropa İttifaqı ilə danışıqlar masasına oturmalıdır. O qeyd edib ki, Avropa bu müharibəyə yalnız siyasi deyil, həm də öz təhlükəsizliyi və gələcəyi prizmasından yanaşır.

Məhəmməd Əsədullazadənin sözlərinə görə, Böyük Britaniya, Almaniya, Fransa və digər Avropa ölkələri iki il əvvəlki dövrlə müqayisədə daha da güclənib və Rusiyaya təzyiq etmək imkanlarını artırıb.

Siyasi ekspert sonda bildirib ki, Rusiya ilə Avropa İttifaqı arasında birbaşa danışıqlar baş tutarsa, münaqişənin həllində yeni və müsbət imkanlar yarana bilər.

Aynur Camal

Oxşar xəbərlər

Aytac Hüseyinovadan yeni layihələr: “Bir Ümid” serialı və “Ev 47” filmi hazırlanır

Aynur Camal

İqlim dəyişikliyi 2100-cü ilə qədər on minlərlə bitki növünü yox edə bilər

Aynur Camal

Azərbaycan–İtaliya: Qarşılıqlı etimada və strateji maraqlara əsaslanan tərəfdaşlıq modeli — Cavanşir Feyziyev yazır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu