DünyaSiyasət

Məhəmməd Əsədullazadə: İranda mühafizəkarlar ABŞ-la memorandumun pozulmasına çalışırlar

Dünya Siyasəti

İranda hakimiyyət daxilində ABŞ-la əldə olunmuş memorandum ətrafında fikir ayrılıqları dərinləşir.

Bugun.tv xəbər verir ki, bu fikirləri siyasi ekspert   Məhəmməd Əsədullazadə sosial media hesabında paylaşıb.

Ekspertin sözlərinə görə, İranda mühafizəkar qanad islahatçıların ABŞ ilə əldə etdiyi razılaşmanın həyata keçirilməsinə mane olmağa çalışır.

O bildirib ki, SEPAH-a yaxın media orqanları və bir sıra mühafizəkar deputatlar Prezident Məsud Pezeşkianı, xarici işlər nazirini və parlament sədrini sərt tənqid edir və razılaşmaya qarşı çıxırlar.

Məhəmməd Əsədullazadə hesab edir ki, Hörmüz boğazında baş verən son hadisələr də ölkə daxilində memorandumun pozulmasına yönəlmiş cəhdlərlə əlaqəli ola bilər. O, həmçinin prezident və xarici işlər nazirinə qarşı təzyiqlərin artacağını və hətta təhlükəsizlik risklərinin yarana biləcəyini iddia edib.

Ekspert qeyd edib ki, ABŞ-ın İrana qarşı yeni genişmiqyaslı hərbi əməliyyatlara başlaması mühafizəkarların mövqeyini daha da gücləndirə bilər. Onun fikrincə, hazırkı şəraitdə memorandumun gələcəyi ciddi suallar doğurur.

Aynur Camal

Oxşar xəbərlər

Məzuniyyətdə niyə ilk gecə rahat yata bilmirik? Həkimlər səbəbini açıqladı

Aynur Camal

Pakistan Əfqanıstan sərhədində hava zərbələri endirdi

Aynur Camal

ABŞ və İranın Qətərdə yeni danışıqlara başlayacağı bildirilir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu