DünyaSiyasət

Pakistan Əfqanıstan sərhədində hava zərbələri endirdi

Pakistan ordusunun Əfqanıstanın şərq sərhəd bölgələrinə endirdiyi hava zərbələri nəticəsində onlarla mülki şəxsin həlak olduğu bildirilir.

Bugun.tv xəbər verir ki, bu barədə The Guardian məlumat yayıb.

Məlumata görə, zərbələr Əfqanıstanın Pəktiya, Pəktika və Kunar vilayətlərində həyata keçirilib. Taliban administrasiyası hücumlar nəticəsində azı 36 mülki şəxsin öldüyünü, 160-dan çox insanın yaralandığını açıqlayıb.

Pakistan isə əməliyyatların sərhədin o tayındakı silahlı qruplaşmaların mövqelərinə qarşı keçirildiyini bildirib. Rəsmi İslamabad son günlər Kəraçidə təhlükəsizlik qüvvələrinə qarşı törədilən hücumun məsuliyyətini Pakistan Talibanı ilə əlaqəli qruplaşmaların üzərinə qoyur və zərbələrin həmin qruplara qarşı yönəldiyini iddia edir.

Əfqanıstan Xarici İşlər Nazirliyi hadisəni ölkənin hava məkanının pozulması və beynəlxalq hüququn pozuntusu kimi qiymətləndirərək Pakistanın müvəqqəti işlər vəkilini çağırıb və etiraz notası təqdim edib. Pakistan da öz növbəsində Əfqanıstan diplomatına etirazını çatdırıb.

Hadisənin iki ölkə arasında son aylarda müşahidə olunan sərhəd gərginliyini daha da artırdığı qeyd olunur.

Mənbə: The Guardian

Aynur Camal

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: İranda mühafizəkarlar ABŞ-la memorandumun pozulmasına çalışırlar

Aynur Camal

Məzuniyyətdə niyə ilk gecə rahat yata bilmirik? Həkimlər səbəbini açıqladı

Aynur Camal

ABŞ və İranın Qətərdə yeni danışıqlara başlayacağı bildirilir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu