Məzuniyyət zamanı bir çox insanın ilk gecə rahat yata bilməməsinin səbəbi “ilk gecə fenomeni” adlanan elmi hadisə ilə izah olunur.
Bugun.tv xəbər verir ki, bu barədə Health Mail məlumat yayıb.
Mütəxəssislərin sözlərinə görə, insan yeni mühitdə yatarkən beynin bir hissəsi ətrafı nəzarətdə saxlamağa davam edir. Bu səbəbdən yuxu daha səthi olur, insan tez-tez oyanır və səhər özünü dincəlmiş hiss etmir.
Bu hal elmdə “ilk gecə fenomeni” (First Night Effect) kimi tanınır.
Həkimlər bildirirlər ki, bu, orqanizmin təhlükəsizlik mexanizmidir və adətən yalnız ilk gecə müşahidə olunur. Sonrakı günlərdə beyin yeni mühitə uyğunlaşır və yuxunun keyfiyyəti normallaşır.
Mütəxəssislər məzuniyyətdə daha rahat yatmaq üçün tanış yastıq və ya ədyaldan istifadə etməyi, axşam saatlarında kofein qəbulunu azaltmağı, otağı sərin saxlamağı və yatmazdan əvvəl telefondan uzun müddət istifadə etməməyi tövsiyə edirlər.
Mənbə: mail.ru
