Emmanuel Makron, Qəzza, BMT Baş Assambleyası, Fələstin, İordan çayının qərb sahili, İsrail, humanitar yardım, Fransa
Dünya

Makron BMT-də Qəzzadakı vəziyyəti tənqid etdi: “Hamımız üçün utancvericidir”

Bugun.tv xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışı zamanı Qəzza və İordan çayının qərb sahilindəki vəziyyətə toxunub.

Makron çıxışında İsrailin təhlükəsizliyinin qonşu dövlətlərin suverenliyinin pozulmasına əsas verə bilməyəcəyini bildirib. Onun sözlərinə görə, İsrailin təhlükəsizliyini təmin etmək adı ilə digər dövlətlərin suverenliyinin pozulmasını müdafiə edən yanaşma yanlışdır.

Fransa Prezidenti İordan çayının qərb sahilində baş verən hadisələrə də diqqət çəkərək, oradakı pozuntuların davam etdiyini deyib. Makron bildirib ki, HƏMAS-ın həmin ərazidə fəaliyyət göstərmədiyi halda bu proseslərin hansı əsasla davam etdirildiyi sual doğurur.

Makron həmçinin Fələstin xalqının hüquqlarına hörmət edilməsinin İsrailin bu günü və gələcək təhlükəsizliyi baxımından da əhəmiyyət daşıdığını vurğulayıb.

Qəzzadakı humanitar vəziyyətə toxunan Fransa Prezidenti bildirib ki, bəzi tərəflər bölgədə sülhün əldə edildiyini desələr də, humanitar yardımların əhaliyə çatdırılması üçün kifayət qədər imkan yaradılmayıb. O, beynəlxalq ictimaiyyətin Qəzzadakı vəziyyət qarşısında hərəkətsiz qalmasını “hamımız üçün utancverici” adlandırıb.

Mənbə:  EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Balıq tutulsun deyə dağ göllərinə milyonlarla balıq buraxıldı, ekosistem böhranı yarandı

Aynur Camal

Avropa kəşfiyyatından Rusiyanın mümkün təxribatları ilə bağlı xəbərdarlıq

Aynur Camal

Aİ Rusiyaya qarşı sanksiyaları 3 il uzadır, iki milyarder siyahıdan çıxarılır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu