Dünya

Merkel: Ukrayna müharibəsinin 10 ilə başa çatacağına ümid edirəm

Bugun.tv xəbər verir ki, Almaniyanın keçmiş kansleri Angela Merkel Ukraynadakı müharibənin yaxın illərdə deyil, daha uzun müddətdə başa çata biləcəyini bildirib.

Rusiyanın “Mail.ru” portalının yaydığı məlumata görə, Merkel WDR 1LIVE efirində çıxışı zamanı münaqişənin təxminən 10 ildən sonra sona çatacağına ümid etdiyini deyib. O bildirib ki, əsas məqsəd Ukraynanın gələcəkdə müstəqil, azad və suveren dövlət kimi qalmasıdır.

Məlumata əsasən, Avropa İttifaqında Rusiya ilə mümkün danışıqlarda vasitəçi ola biləcək siyasətçilərin adları da müzakirə edilir. Potensial namizədlər sırasında Merkel, Finlandiya prezidenti Alexander Stubb və İtaliyanın keçmiş baş naziri Mario Draghi göstərilir.

Lakin Angela Merkel özü Rusiya və Avropa İttifaqı arasında vasitəçi olmaq istəmədiyini açıqlayıb. O qeyd edib ki, Ukrayna münaqişəsinin həlli hazırkı dövlət və hökumət başçılarının vəzifəsi olaraq qalmalıdır.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Nyu-Yorkdakı məşhur qida kooperativi İsrail məhsullarının boykotuna səs verdi

Aynur Camal

Avropada rekord istilərlə bağlı xəbərdarlıq edildi

Aynur Camal

CNN: ABŞ-da İran razılaşması ətrafında siyasi müzakirələr genişlənir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu