25 C
Baku
27 İyul 2024, 4:12
Hadisə

Meşə yanğınları səbəbiylə 30 min insan üçün təxliyə çağırışı

Bugun.tv xəbər verir ki, “The Australian” qəzetinin məlumatına görə, səlahiyyətlilər nəzarətsiz meşə yanğınlarının “fəlakətli” səviyyəyə çatdığını bildiriblər.

Təxminən 30 min insanı dərhal bölgəni tərk etməyə çağırıb.

Fövqəladə hallar barədə məlumat və xəbərdarlıqlar haqqında məlumat verən ViceEmergency veb-saytı da yanğının böyüyə biləcəyi. Yolların bağlana biləcəyi barədə xəbərdarlıq edib.

Viktoriya ştatının qərbində meşə yanğını baş verib. Səlahiyyətlilər küləyin alovu şimal-şərqə daşıdığını və bölgə ətrafındakı yaşayış məntəqələrinin yanğın təhlükəsi ilə üzləşdiyini açıqlayıb.

Yanğının başladığı gündən bu yana 19 min 500 hektardan çox ərazinin külə döndüyünü bildirilib.

Avstraliya Meteorologiya Bürosu isti və küləkli hava proqnozlaşdırdıqlarını, buna görə də yanğının “fəlakətli” səviyyəyə çatma riskinin olduğunu vurğuladı.

Mənbə trthaber

Kəmalə Sultan

Oxşar xəbərlər

Fırtınada sahilə sürüklənən quru yük gəmisi tərsanənin estakadasına çırpıldı

İntizar Əmirova

Terror həyəcanı oldu: 7 məktəb boşaldıldı

Bugün TV

İtkin düşən 4 nəfər tapıldı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu