Bugun.tv xəbər verir ki, Fransanın Hero və Od (Aude) bölgələri arasında baş verən meşə yanğını nəticəsində 900 hektar ərazi yanaraq külə çevrilib.
Məlumata görə, yanğın dünən havaların kəskin istiləşməsi fonunda başlayıb. Alovun söndürülməsi istiqamətində havadan və qurudan əməliyyatlar davam etdirilir.
İspaniya sərhədinə yaxın yerləşən Od bölgəsinin yerli hakimiyyəti güclü küləyin yanğının söndürülməsini çətinləşdirdiyini açıqlayıb.
Hero Yanğınsöndürmə Xidməti isə bildirib ki, alovun yayılması dayandırılıb. Bununla belə, gecə boyu davam edən külək səhər saatlarında yenidən güclənərək yanğınsöndürmə işlərini çətinləşdirib.
İlkin məlumata əsasən, hadisə nəticəsində insan tələfatı və ya maddi itki qeydə alınmayıb.
Fransa Meteorologiya Xidməti isə qarşıdakı həftədə ölkədə növbəti güclü isti hava dalğasının müşahidə oluna biləcəyi barədə xəbərdarlıq edib.
Mənbə: mail.ru
