Baş xəbər

Meyxanaçı Rəşad Dağlı barəsində 4 aylıq həbs qətimkan tədbiri seçildi

Bu gün meyxanaçı Rəşad Əmirov (Dağlı) Qaradağ Rayon Prokurorluğuna gətirilib.Tanışını qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Dağlı (Əmirov) barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

Bugun.tv xəbər verir ki, Qaradağ Rayon Məhkəməsində hakim Teymur Qurbanovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən Rəşad Əmirov (Dağlı) barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
***

Xatırladaq ki,hadisə şəxsi münasibətlər zəmnində ötən gün Qaradağ rayonu Lökbatan qəsəbəsində baş verib.

***
Gedən prosseslərdən bu qənatə gəlmək olar ki,meyxanaçı Rəşad Əmirovu (Dağlı) bu addımı atmağa təhrik edən qarşı tərəf olub.Qarşı tərəfdən Rəşad Dağlıya edilən saysız-hesabsız telefon zəngləri də buna dəlalət edir.
Bugun.tv Rəşad Dağlının bibisi qızı jurnalist Könül Aypara ilə “Whatsapp” üzərindən əlaqə saxlayıb.Hazırda həmin səsi təqdim edirik.

Bugün TV

Oxşar xəbərlər

Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan qarşılıqlı müdafiə sazişi imzaladı

Aynur Camal

Prezident İlham Əliyev Media və Yayım Şurası ilə bağlı fərmanı təsdiqlədi

Aynur Camal

“Media haqqında” qanunlara dəyişiklik qəbul edildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu