16.7 C
Baku
17 May 2025, 1:19
Baş xəbərDünya

Minlərlə uşaq aclıqdan ölə bilər

İsrailin sərhəd qapılarını bağladığı və heç bir humanitar yardımın daxil olmasına icazə vermədiyi Qəzza zolağında 5 yaşdan kiçik ən azı 3500 uşağın aclıqdan ölmək təhlükəsi ilə üzləşdiyi bildirilib.

İsrailin 7 oktyabr 2023-cü ildən Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayı 52 mini keçib.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilir.

Qəzzadakı hökumət media idarəsindən verilən yazılı açıqlamada, İsrailin 64 gündür uşaq yeməkləri və yeməklərinin Qəzza zolağına girməsinə icazə vermədiyi vurğulanıb.

Qəzzada qida çatışmazlığı problemi ilə xəstəxanalara gətirilən uşaqların sayının 70 mini keçdiyi, ən azı 5 yaşdan kiçik 3500 uşağın aclıqdan ölmək təhlükəsi ilə üzləşdiyi, 1 milyondan çox uşağın isə həyatda qalmaları üçün lazım olan gündəlik qidaya sahib olmadığı bildirilib. İsrailin beynəlxalq ictimaiyyətin susqunluğundan istifadə edərək aclıqdan silah kimi istifadə etdiyi, dərman və qida məhsullarının ölkəyə girişinin qarşısını aldığı bildirilib.

Bunların hamısının beynəlxalq hüquqa görə hərbi cinayət hesab edildiyi və beynəlxalq ictimaiyyətin İsrailə təzyiq göstərməyərək susaraq bu cinayətə şərik olduğu vurğulanıb.

Qəzza zolağının Səhiyyə Nazirliyinin baş direktoru Munir əl-Burş mayın 1-də İsrailin davam edən blokadası səbəbindən Qəzzada əhalinin 91 faizinin qida böhranı yaşadığını, 65 faizinin təmiz içməli suya çıxışı olmadığını, uşaqların və süd verən anaların 92 faizinin isə ağır qida çatışmazlığından əziyyət çəkdiyini açıqlayıb.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Sürücülərə xəbərdarlıq edildi!

Kəmalə Sultan

Çovğun səbəbiylə 2 çoban donmaqdan xilas edildi

Aynur Camal

Türkiyə Prezidenti hərbi qulluqçumuzu təltif edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu