Baş xəbərDünya

Moskvada törədilən terror aktında ölənlərin sayı artır

Bugun.tv xəbər verir ki, Rusiyanın paytaxtı Moskvada konsert zalında törədilən terror aktı nəticəsində ölənlərin sayı durmadan artır. Artıq 60-dan çox insanın öldüyü, 100-dən çox yaralanın olduğu bildirilir.

Qeyd edək ki, terror təşkilatı DEAŞ hadisəni üzərinə götürüb. Hücumla əlaqəsi olduğu iddia edilən 2 nəfər saxlanılıb. Ekspertlər hadisə baş verən konsert zalında istintaq işlərini davam etdirirlər. Hadisə yerində silah və sursat daxil olmaqla bütün sübutların ələ keçirilib. Genetik, ballistik və barmaq izi müayinələri aparılır. Bütün kamera görüntülərinin götürülərək araşdırıldığı bildirilir.

Rusiya İstintaq Komitəsi Moskvada törədilən terror aktında ölənlərin sayının artacağını vurğulayıb.

Elnarə Dərziyeva

Oxşar xəbərlər

Çində gənclər arasında qeyri-adi dəb: Kərpicə “ev heyvanı” kimi qulluq edirlər

Aynur Camal

Almalar niyə tez xarab olur? Aqronomdan məhsulu yaza qədər saxlamaq üçün tövsiyələr

Aynur Camal

Pentaqon Zelenskinin raket tədarükünün gecikməsi ilə bağlı iddialarına cavab verib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu