30 C
Baku
19 İyul 2024, 13:44
Baş xəbərDünya

Mostar körpüsündə Fələstin bayrağı asılıb

Bugun.tv xəbər verir ki, Bosniya və Herseqovinanın ən əhəmiyyətli simvollarından biri olan tarixi Mostar körpüsünə Fələstin bayrağı asılıb və ənənəvi körpüdən tullanma icra edilib. Bosniya və Herseqovinanın cənubundakı Mostarda “Mostari Dalğıc Klubu” tərəfindən Mostar körpüsünə Fələstin bayrağı asılıb və atlama edilib. Klubdan verilən açıqlamada Fələstin bayrağının Fələstin xalqına dəstək üçün asıldığı bildirilib. Bəyanatda ənənəvi körpüdən tullanmanın da həyata keçirildiyi və bunun bütün dünyaya qarşıdurmaların və günahsız mülki insanların iztirablarının dayandırılması üçün səy göstərilməli olduğu mesajı olduğu bildirilib. HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları oktyabrın 7-də səhər saatlarında İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçib. Qəzzadan İsrailə doğru minlərlə raket atılarkən, fələstinli silahlı qruplar Qəzza-İsrail sərhədindəki Beyt Hanun-Erez Sərhəd Qapısına basqın edərək ələ keçirib. Daha sonra buradan silahlı qruplar İsrail daxilindəki yaşayış məntəqələrinə daxil olub və İsrail ordusu onlarla döyüş təyyarəsi ilə Qəzza zolağına hücum edib. İsrail Qəzzaya hücumlarında fosfor bombalarından istifadə edib. Fələstin Səhiyyə Nazirliyi İsrailin hücumları zamanı Qəzzada 830 nəfərin öldüyünü, 4250 nəfərin isə yaralandığını açıqlayıb.

 

TRT Haber-in məlumatına görə, İsrail əsgərlərinin işğal altındakı İordan çayının qərb sahilində təşkil etdiyi hücumlarda 19 nəfərin həyatını itirdiyi, təxminən 110 nəfərin isə yaralandığı bildirilib.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Bir nəfər yaşadığı evi yandırdı

Bugün TV

“TikTok BORG cərəyanı” səbəbindən bir çox tələbə zəhərlənib

Aynur Camal

Amerika-İslam Münasibətləri Şurası: “İbadət yerlərində təhlükəsizlik tədbirlərini artırın”

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu