11 C
Baku
18 Aprel 2026, 10:36
Baş xəbərSosial

“Müəllim topladığı nəticəyə differensial uyğunlaşdırılmalıdır”

Bugun.tv xəbər verir ki, Milli Məclisin son plenar iclası keçirilib.

İclasda deputat Vüqar Bayramov müəllimlər üçün sertifikatlaşdırma imtahanlarının sayının azaldılmasını və bu məslədə differensial yanaşmanın tətbiqini təklif edib.

O özünün facebook səhifəsində bu barədə paylaşım edərək bildirib ki, sertifikatlaşdırmanın sayı və müddəti müəllimin topladığı nəticəyə differensial uyğunlaşdırılmalıdır.

“Mövcud qanunvericiliyə əsasən, müəllim 3 dəfə məcburi sertifikatlaşdırmadan keçməlidir. Sertifikatlaşdırmanın sayı və müddəti müəllimin topladığı nəticəyə differensial uyğunlaşdırılmalıdır. Bu müəllimlərin təşviqi baxımdan da vacibdir. Məsələn, 80 faiz və daha çox nəticə göstərən müəllimlər üçün növbəti sertifikatlaşdırma 5 il deyil, daha uzun müddətdən sonra aparıla bilər. Və ya müəllim iki sertifikatlaşdırmada ardıcıl 80 faiz və daha yüksək nəticə göstərirsə o zaman üçüncü sertifikatlaşdırmada iştirak onun üçün məcburi hesab edilməsin” – deyə o çıxışında vurğulayıb.

Aynur Camal

Oxşar xəbərlər

“Oyun sonrası depressiya” nədir və kimlərdə baş verə bilər?

Aynur Camal

Qida məhsulu: Orqanlar və onların faydaları

Aynur Camal

İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu