Image default
Dünya

Müctəba Xamenei atasının dəfn mərasimində iştirak etməyəcək

Bugun.tv xəbər verir ki, ABŞ və İsrailin fevralın 28-də İrana endirdiyi hava zərbələri zamanı həlak olduğu bildirilən İranın sabiq dini lideri Ayətullah Əli Xamenei üçün təşkil olunan beş günlük dəfn mərasimində onun oğlu və İranın yeni dini lideri Müctəba Xameneinin iştirak etməyəcəyi açıqlanıb.

Məlumata görə, paytaxt Tehranda başlayan mərasimlərə minlərlə insanın qatılması gözlənilir.

Hindistanın India Today nəşrinə açıqlama verən Xameneinin Hindistandakı nümayəndəsi Ayətullah Elahi bildirib ki, İsrailin İran rəhbərliyinə qarşı davam edən təhdidləri səbəbindən Müctəba Xamenei mərasimə qatıla bilməyəcək.

Elahi qeyd edib ki, ötən həftə İranda olarkən Müctəba Xamenei ilə görüşən şəxslərlə danışıb. Onun sözlərinə görə, yeni dini lider insanların arasına çıxmaq istəsə də, təhlükəsizlik qurumları buna icazə verməyib.

“Dostlarım dedilər ki, o, çölə çıxmaq və insanlarla görüşmək istəyir. Lakin təhlükəsizlik qüvvələri buna razılıq verməyib. Onlar bunun çox təhlükəli olduğunu və təhlükəsizliyini təmin edə bilməyəcəklərini bildiriblər. Düşünürəm ki, o, mərasimdə iştirak etməyəcək”, – deyə Elahi vurğulayıb.

Xəbərdə qeyd olunur ki, İsrailin müdafiə naziri İsrael Kats daha əvvəl orduya İrana qarşı müstəqil hücum planı hazırlamaq göstərişi verdiyini açıqlamış, İran rəhbərliyi ilə bağlı sərt bəyanatlar səsləndirmişdi.

İranın xarici işlər naziri Abbas Əraqçi isə bu təhdidlərə cavab olaraq xalqına və ölkə rəhbərliyinə qarşı hər hansı təhdidin dərhal güclü cavab alacağını bildirib.

Məlumata əsasən, Ayətullah Əli Xamenei üçün iyulun 4–9-da Tehran, Qum, Nəcəf, Kərbəla və Məşhəd şəhərlərində vida mərasimləri keçiriləcək. Onun Məşhəddəki İmam Rza ziyarətgahında dəfn olunacağı bildirilir.

Mənbə: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

Əli Xamenei üçün Tehranda dövlət mərasimi keçirilir

Aynur Camal

İranda Ayətullah Əli Xamenei üçün vida mərasimləri başladı

Aynur Camal

Tramp: ABŞ NATO-ya ən çox vəsait ayıran ölkədir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu