DünyaSiyasət

İranda Ayətullah Əli Xamenei üçün vida mərasimləri başladı

Bugun.tv xəbər verir ki, İranda ölkənin sabiq ali dini lideri Ayətullah Əli Xameneinin vida mərasimləri iyulun 4-dən başlayacaq.

İran dövlət mediasının məlumatına görə, mərasimlər əvvəlcə Tehranda keçiriləcək, daha sonra Qum şəhərində davam edəcək və iyulun 9-da Məşhəd şəhərindəki İmam Rza ziyarətgahında dəfn mərasimi ilə yekunlaşacaq. Xameneinin dəfni fevral ayında baş vermiş ABŞ-İsrail hava zərbələrindən sonra təhlükəsizlik səbəbləri ilə təxirə salınmışdı.

Rəsmi məlumatlara əsasən, ölkədə bir həftəlik matəm elan olunub. İran hakimiyyəti vida mərasimlərində milyonlarla insanın iştirak edəcəyini gözləyir. Təhlükəsizlik tədbirləri gücləndirilib, Tehran və digər şəhərlərdə mərasimlər zamanı mümkün təhdidlərin qarşısının alınması üçün əlavə qüvvələr cəlb olunub.

Reuters-in məlumatına görə, 30-dan çox ölkə İranın sabiq ali dini liderinin vida mərasimində yüksək səviyyəli nümayəndə heyətləri ilə iştirak etmək üçün müraciət edib. Hindistan hökuməti də mərasimdə rəsmi nümayəndə heyəti ilə təmsil olunacağını açıqlayıb.

Ayətullah Əli Xamenei 1989-cu ildən İranın ali dini lideri vəzifəsində çalışıb. O, 2026-cı il fevralın 28-də ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hava zərbələri zamanı həlak olub.

 

Mənbə: EnSonHaber

 

Aynur Camal

Oxşar xəbərlər

Tramp: İsrail Qəzzaya hücum etməməlidir

Aynur Camal

Su anbarını 96 milyon qara top ilə örtməklə quraqlığa son qoyuldu

Aynur Camal

Rusiya Ukraynanın 2026-cı ildəki ən böyük PUA hücumunda azı 7 nəfərin öldüyünü açıqladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu