Image default
Baş xəbərSosial

“Müdafiəsiz uşaqların səsi ol”

Bugün.tv Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatına əsasən bildirir ki, uşaq hüquqlarının müdafiəsi ilə bağlı aksiya keçiriləcək.

Dövlət Komitəsi tərəfindən “Erkən nikah valideyni cinayətkar edir!”, “Müdafiəsiz uşaqlarının səsi ol. Qaynar xəttə zəng et! 116-111”,  “Uşaqlarımız üçün üç hə – Sevgi! Anlayış! Qayğı!”, “Uşaqlara qarşı zorakılıqla mübarizə  aparaq! Qaynar xəttə zəng et! 116-111”, “Kiber  zorakılığa son!”,“Kiber cinayət də cinayətdir!”, “Övladının problemlərini dinlə! İntihardan qoru!” və “Uşaq əməyinə – yox!  Xoşbəxt uşaqlığa – hə!” mövzusunda elektron poster və stikerlər tərtib edilib. Hazırlanan materiallar əhalinin sıx toplaşdığı ictimai məkanlarda, eləcə də təhsil müəssisələrində nümayiş etdiriləcək.

Təbliğat kampaniyasının əhəmiyyətini nəzərə alaraq KİV nümayəndələrini əməkdaşlığa çağırırıq. Aşağıda qeyd edilən link vasitəsilə elektron materialları yükləyib paylaşaraq, maarifləndirmə işinə siz də öz töhfənizi verə bilərsiniz.

Sosial oval stiker (rəngli)

Aynur Camal

Oxşar xəbərlər

E.Dərziyeva: “Xeyirxahlığı ilə ömür qazanan insan – əqrəbam Selahattin Turanın əziz xatirəsinə”

Elnarə Dərziyeva

Türkiyə dünyanın ən çox ziyarət edilən 4-cü ölkəsi oldu

Aynur Camal

Ceyhun Məmmədov: 15 İyul Türkiyə xalqının iradə və həmrəyliyinin simvoludur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu