Mütəxəssislər zehni yorğunluq və stresslə mübarizədə qısa fiziki hərəkətin effektiv üsul olduğunu bildirirlər. Araşdırmalara görə, uzun müddət kompüter qarşısında işləmək, fasiləsiz bildirişlər və sıx iş qrafiki beynin həddindən artıq yüklənməsinə səbəb olur.
Ekspertlər qeyd edirlər ki, belə hallarda diqqət zəifləyir, insan eyni məlumatı dəfələrlə oxumağa məcbur qalır və sadə şeyləri unutmağa başlayır. Bu zaman ən yaxşı çıxış yolu qısa fasilə verərək fiziki aktivliyə keçməkdir.
Mütəxəssislərin fikrincə, bir neçə dəqiqəlik hərəkət belə diqqəti yenidən toplamağa, gərginliyi azaltmağa və düşüncə aydınlığını bərpa etməyə kömək edir. Bu, beynin fəaliyyətini “yenidən yükləmək” effekti yaradır və məhsuldarlığı artırır.
Onlar əlavə edirlər ki, bu üsul xüsusilə ofis şəraitində çalışan insanlar üçün faydalıdır və gün ərzində müntəzəm tətbiq olunduqda daha yaxşı nəticə verir. Qısa gəzinti, sadə idman hərəkətləri və ya yerində aktivlik belə müsbət təsir göstərə bilər.
Mənbə: mail.ru
