Baş xəbərSiyasət

Məhəmməd Əsədullazadə: ABŞ və İran arasında razılaşma yaxın perspektivdə mümkün görünmür

Azərbaycan Ermənistan sülh müqaviləsi, mayda sülh sazişi, Məhəmməd Əsədullazadə, Nikol Paşinyan, Ermənistan Konstitusiyası, Vaşinqtonun təşviqi, sülh prosesi, Konstitusiya

Bugun.tv xəbər verir ki, siyasi ekspert Məhəmməd Əsədullazadə ABŞ və İran arasında münasibətlərdə gərginliyin davam etdiyini və yaxın perspektivdə tərəflər arasında hər hansı çərçivə sazişinin imzalanmasının real görünmədiyini bildirib.

Ekspert sosial media hesabında paylaşdığı şərhdə qeyd edib ki, son hərbi toqquşmalar Tehranın mövqeyini müəyyən qədər gücləndirib.

Onun sözlərinə görə, İranın regiondakı strateji obyektlərə endirdiyi zərbələr Vaşinqtona münaqişəni daha da genişləndirmək imkanına malik olduğu mesajını verməyə hesablanıb.

M. Əsədullazadə bildirib ki, danışıqların davam etdiyi bir vaxtda ABŞ-ın İrana qarşı təzyiq siyasəti Tehranı güzəştlərə məcbur etməyə yönəlib. Lakin ekspertin fikrincə, ABŞ-ın irəli sürdüyü şərtlər İran daxilində, xüsusilə də SEPAH tərəfindən qəbuledilən hesab olunmur.

Siyasi şərhçi vurğulayıb ki, İranın danışıqlar masasına qayıtmasının əsas səbəbi hərbi təzyiqlərdən daha çox iqtisadi çətinliklər və sanksiyaların yaratdığı ağır vəziyyətdir. Onun sözlərinə görə, ölkədə sosial problemlərin və inflyasiyanın artması hakimiyyət daxilində fikir ayrılıqlarını dərinləşdirib.

Məhəmməd Əsədullazadə hesab edir ki, Yaxın Şərqdə yeni siyasi nizamın formalaşması üçün bir neçə il vaxt tələb olunacaq. Ekspert həmçinin qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı istədiyi nəticəni əldə edə bilməsə, bu vəziyyət qarşıdakı seçkilərdə Respublikaçılar Partiyasının mövqeyinə mənfi təsir göstərə bilər.

Aynur Camal

Oxşar xəbərlər

Siyasi ekspert: ABŞ Cənubi Qafqazda Rusiyanın təsirini məhdudlaşdırmağa çalışır

Aynur Camal

Turistlər üçün “Qlzıl Ovu”na start verildi

Aynur Camal

Netanyahu ABŞ–İran sülh danışıqlarında niyə “maneə” kimi görünür?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu