23 C
Baku
30 Sentyabr 2026, 21:16
Mərakeş, Fatimə Zahra əl-Mansuri, ilk qadın baş nazir, Kral VI Məhəmməd, Mərakeş hökuməti, parlament seçkiləri, PAM, qadın siyasətçi
Dünya

Mərakeş tarixində ilk qadın baş nazir təyin edildi

Bugun.tv xəbər verir ki, Mərakeş Kralı VI Məhəmməd Şəhərsalma naziri Fatimə Zahra əl-Mansurini ölkənin baş naziri təyin edib. Bununla əl-Mansuri Mərakeşdə bu vəzifəni tutan ilk qadın olub.

Euronews-un məlumatına görə, 50 yaşlı hüquqşünasa yeni hökuməti formalaşdırmaq tapşırılıb. Onun təyinatı parlament seçkilərinin nəticələrinin açıqlanmasından dörd gün sonra baş tutub. Əl-Mansurinin rəhbərlik etdiyi Mərakeşin Həqiqilik və Müasirlik Partiyası (PAM) seçkilərdə ən çox səs toplayıb.

Fatimə Zahra əl-Mansuri ərəb dünyasında baş nazir postuna gətirilən ikinci qadındır. Ondan əvvəl bu vəzifəni Tunisli Nəcla Buden tutub.

Yeni baş nazirin qarşıdakı günlərdə koalisiya hökuməti yaratması gözlənilir. Euronews qeyd edir ki, Mərakeşdə seçki sistemi bir siyasi partiyanın parlamentdə mütləq çoxluq qazanmasını çətinləşdirir.

Yeni hökumətin qarşısında 2030-cu il FIFA Dünya Çempionatı ilə əlaqədar milyardlarla dollarlıq investisiyaların həyata keçirilməsi, inflyasiyanın azaldılması, əməkhaqlarının artırılması və yeni iş yerlərinin yaradılması kimi məsələlər dayanır.

Mərakeş Konstitusiyasına əsasən, kral parlament seçkilərində ən çox yer qazanan partiyanın nümayəndəsini baş nazir təyin edir.

Mənbə: Euronews

Aynur Camal

Oxşar xəbərlər

Tramp Kim Çen Inı “dostu” adlandırdı

Aynur Camal

Yatmaq üçün ən pis vaxt açıqlanıb

Aynur Camal

Alimlər Günəş və Ayın zəlzələlərə necə təsir etdiyini müəyyənləşdiriblər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu