Digər

Nəcibə Nəsibovanı o əvəz edəcək – Qərar yaxın günlərdə açıqlanacaq

Bugun.tv– yə daxil olan məlumata görə, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibovanı Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Müjdat Həsənov əvəzləyəcək.

Vətəninfo.az-ın verdiyi xəbərə əsasən, yaxın günlərdə bu təyinatın açıqlanacağı gözlənilir.

Məlumatda həmçinin qeyd olunur ki, Nəcibə Nəsibova 1996-ci ildən Türkiyədəki səfirliyimizdə eyni vəzifəni daşımaqda idi. Fəaliyyəti boyunca Türkiyənin bütün şəhərlərində olan tələbələrlə sıx əlaqə quran Nəcibə Nəsibova həmçinin iki ölkə arasında təhsil əməkdaşlığının genişlənməsinə töhfə verən diplomatlarımızdan sayılır.

Mənbə: Vetenİnfo.az

Aynur Camal

Oxşar xəbərlər

Tramp: ABŞ Hormuz boğazı üzərində tam nəzarətə sahibdir

Aynur Camal

İran 15.000 raket və 45.000 dron saxladığını açıqladı, Tramp ultimatum verdi

Aynur Camal

Dünyanın ən məşhur 10 kitabı – Dünya ədəbiyyatının ölməz inciləri

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu