14 C
Baku
17 Aprel 2026, 21:55
Digər

Xəzər Universiteti ilə Türkiyənin ali təhsil müəssisələri arasında akademik əlaqələr genişlənir

Bugun.Tv – xəbər verir ki, aprelin 13-16-da Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin bir sıra aparıcı ali təhsil müəssisələrinə – Sabançı Universiteti, Yeditepe Universiteti, İstanbul Texniki Universiteti, Boğaziçi Universiteti və Koç Universitetinə işgüzar səfərdə olublar.

Xəzər Universitetindən AZƏRTAC-a bildirilib ki, səfərin əsas məqsədi akademik əməkdaşlığın genişləndirilməsi, birgə elmi-tədqiqat layihələrinin inkişafı, tələbə və müəllim mübadiləsinin təşviqi və beynəlxalq tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi olub.

Nümayəndə heyətinin Sabançı Universitetinin rəhbərliyi ilə keçirilən görüşlərində akademik əməkdaşlıq, tələbə-müəllim mübadiləsi, eləcə də birgə tədqiqat və innovasiya layihələri müzakirə edilib. Nümayəndə heyəti, həmçinin universitetin aparıcı tədqiqat laboratoriyaları ilə tanış olub və burada aparılan elmi fəaliyyətlər barədə məlumat alıb.

Yeditepe Universitetində rektor Mehmet Durmanla keçirilən görüşdən sonra tərəflər arasında əməkdaşlıq memorandumu imzalanıb. Görüşlərdə akademik əlaqələrin inkişafı, ikili diplom proqramlarının yaradılması və elmi-tədqiqat əməkdaşlığının genişləndirilməsi məsələləri müzakirə edilib.

Xəzər Universiteti ilə Türkiyənin ali təhsil müəssisələri arasında akademik əlaqələr
Xəzər Universiteti ilə Türkiyənin ali təhsil müəssisələri arasında akademik əlaqələr

Proqram çərçivəsində Biotexnologiya Laboratoriyası da ziyarət olunub.

Sonra nümayəndə heyəti İstanbul Texniki Universiteti və Boğaziçi Universitetində olub. İstanbul Texniki Universitetində keçirilən görüşlərdə bakalavriat, magistratura və doktorantura səviyyələrində ikili diplom proqramlarının yaradılması, elmi əməkdaşlığın gücləndirilməsi və birgə tədqiqat imkanları müzakirə olunub. Nümayəndə heyəti Kompüter və informatika mühəndisliyi fakültəsinin laboratoriyalarına da baş çəkib. Boğaziçi Universitetində keçirilən görüşlərdə isə Data Elmləri və Süni İntellekt İnstitutu, eləcə də Beynəlxalq Əlaqələr Ofisinin nümayəndələri ilə akademik əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra Xəzər Universitetinin nümayəndə heyəti Koç Universitetində olub.

Burada keçirilən görüşlərdə beynəlmiləlləşmə, elmi-tədqiqat əməkdaşlığı və birgə proqramların inkişafı məsələləri müzakirə edilib. Görüşlərdə universitetin müxtəlif fakültə və beynəlxalq əlaqələr strukturunun nümayəndələri iştirak edərək əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparıblar.

Səfər çərçivəsində aparılan müzakirələr və imzalanan razılaşmalar Xəzər Universiteti ilə Türkiyənin aparıcı universitetləri arasında akademik əlaqələrin daha da gücləndirilməsi, yeni birgə layihələrin həyata keçirilməsi və beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi baxımından mühüm nəticələrin əldə olunmasına zəmin yaradacaq.

Xəzər Universiteti ilə Türkiyənin ali təhsil müəssisələri arasında akademik əlaqələr
Xəzər Universiteti ilə Türkiyənin ali təhsil müəssisələri arasında akademik əlaqələr

Mənbə: AZERTAC

Aynur Camal

Oxşar xəbərlər

Hindistan Rusiyaya 3 minə qədər əsgər göndərə biləcək – yeni hərbi razılaşma

Aynur Camal

Avropada hökumətlər dövlət işçilərinin WhatsApp və Signal istifadəsini məhdudlaşdırır

Aynur Camal

Çin dənizaltı kabelləri kəsə bilən yeni qurğunu sınaqdan keçirib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu