Baş xəbərDigər

“Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirildi

Narkotik vasitələr

Bugun.tv xəbər verir ki, Saatlı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Mustafabəyli kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib.

Görüşdə çıxış edən RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Əjdər Əliyev dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın insan sağlamlığı üçün yaratdığı təhlükələrdən söz açıb.

Bildirilib ki, bu maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində ölkə ərazisində zəruri bütün tədbirlər görülür və qeyd edilən qanunsuz əməllə məşğul olan şəxslərin ifşa olunması istiqamətində qətiyyətli əməliyyat tədbirləri keçirilir.

Görüşün sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Kəmalə Sultan

Oxşar xəbərlər

Saxta və qaçaqmalçılıq yolu ilə narkotik əməliyyatında 1 nəfər həbs olundu

Bugün TV

Azərbaycanda Novruz bayramı qeyd olunur

Bugün TV

Dmitri Peskov: “Qarabağda vasitəçilik qabiliyyəti olmayanların boş cəhdlərindən çəkinmək lazımdır”

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu